Bakıda qadın sürücü 87 yaşlı piyadanı vuraraq öldürdü

Hadisə
09:00 / 04.02.2025
670
Bakıda qadın sürücü 87 yaşlı kişini vuraraq öldürüb.
Sfera.az xəbər verir ki, 1996-cı il təvəllüdlü Qulamova Şəhla Rəfail qızı idarə etdiyi özünə məxsus “BAİC” markalı avtomobillə Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisinə hərəkətdə olan zaman piyada 1938-ci il təvəllüdlü Kərimov Nadir İmaməli oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.