Azərbaycan nefti bahalaşdı
10:21 / 18.01.2017
1092
Dünya birjalarında neft bahalaşıb.
Sfera.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,30 dollar artaraq 52,64 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,29 dollar artaraq 55,63 dollar olub.
"AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,36 dollar və ya 0,64% artaraq 56,29 dollar təşkil edib.