Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirib


Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirib

Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları "Rossotrudniçestvo"nun Bakıdakı "Rus Evi"nin binasını nəzarətə götürüblər və bununla bağlı müşahidə kameraları quraşdırılıb. Binaya əməliyyat nəzarəti həyata keçirilir.

 

Sfera.az xəbər verir ki, bu barədə "Minval" məlumat yayıb.

 

Bildirilir ki, "Rus Evi"nin Azərbaycanda hələ də lazımi qeydiyyatı yoxdur. Ötən gün "Rus Evi" fevral ayı üçün tədbirlər planını dərc edib və bu planda, ehtimal ki, Xocalı soyqırımının ildönümü qeyd olunmayıb.

 

Halbuki Azərbaycanda rəsmi qeydiyyatı olmayan təşkilat ölkə ərazisində qanuni fəaliyyət göstərə bilməz. Diplomatların ekstraterritoriallıqla bağlı sevimli arqumentinin bununla heç bir əlaqəsi yoxdur - "Rus evi" Rusiya diplomatik missiyasının ərazisində yerləşmir. Təkcə bu fakt onu bağlamaq üçün ciddi səbəbdir.

 

Rəsmi olaraq "humanitar layihələr" və "yumşaq güc"lə məşğul olsa da, əslində "Rus Evi"nin fəaliyyəti ilə bağlı da ciddi suallar yaranır.

 

"Rossotrudniçestvo"ya 1990-cı il yanvarın 20-də Bakıda cəza əməliyyatının və dinc əhalinin kütləvi qırğınının təşkilatçılarından biri olmuş Yevgeni Primakovun nəvəsi kiçik Yevgeni Primakov rəhbərlik edir. Hazırda "Rossotrudniçestvo" çətiri altında hansı anti-Azərbaycan təxribatlarının həyata keçirildiyi barədə dəfələrlə məlumat verilib. Odur ki USAİD-lə olduğu kimi, "Rus Evi"nin və "Rossotrudniçestvo"nun Azərbaycandakı fəaliyyəti də dayandırılmalıdır.

 

Biz Rusiya ilə mehriban qonşuluq münasibətlərinin tərəfdarıyıq, lakin bu, təxribatçılar üçün əlverişli iş rejiminin təmin edilməsi demək deyil.


OXŞAR XƏBƏRLƏR

Mikayıl Cabbarov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin ölkəmizdəki səfiri Lu Mey ilə görüş keçirib.   Sera.az xəbər verir ki bu barədə İqtisadiyyat Nazirliyindən...

Polisin maarifləndirmə tədbirləri davam edir - VİDEO

Polis əməkdaşları ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilak...

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhs...

Trampdan Azərbaycan və Ermənistanla bağlı mühüm- AÇIQALAMA

“Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq”.   Sfera.az xəbər verir ki, bunu ABŞ Prezide...

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.   Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məcli...

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan şəxs törətdiyi əməli etiraf etdi

Azərbaycanda terrorçuluq etməyə cəhddə təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəməni...