Qüdrət Həsənquliyev: “Hərbçilərimizin müraciətlərinə son dərəcə diqqətlə yanaşmalıyıq”

Qüdrət Həsənquliyev: “Hərbçilərimizin müraciətlərinə son dərəcə diqqətlə yanaşmalıyıq”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında təkliflərlə çıxış edib.

 

Sfera.az xəbər verir ki, millət vəkili bildirib:

 

“Hörmətli sədr, mən ilk növbədə sizi İtaliyaya növbəti uğurlu səfər münasibətilə təbrik edirəm və daha böyük nailiyyətlər arzulayıram. Bu gün bizim iki həmkarımızın, Pərvin xanım və Nurlan Həsənovun doğum günüdür, onları da təbrik edirəm. Sabah isə böyük sənətkarımız və dövlət xadimi Polad Bülbüloğlunun 80 illiyidir, bu münasibətlə də onu təbrik edir və uğurlar arzulayıram. Biz Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağda möhtəşəm uğura imza atdıq, qara yaranı kəsdik, Azərbaycan xalqının qüruru bərpa olundu, ordumuz xalqımızın başını ucaltdı”.

 

Deputat diqqətə çatdırıb ki, zaman keçdikcə bu qələbənin möhtəşəmliyi daha aydın görünür:

 

“Ona görə də biz, hərbçilərimizin müraciətlərinə son dərəcə diqqətlə yanaşmalıyıq. Hörmətli sədr, çoxsaylı hərbçilərimiz-Sərhəd Xidməti və daxili qoşunlarda hərbi xidmət keçmiş şəxslər sizə də, mənə də, bizim komitənin sədri Arzu Nağıyevə də müraciət ediblər ki, onlar silahlı qüvvələrin tərkib hissəsi olsalar da “Hərbi qulluqçuların statusu haqqında” qanuna, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə görə, 20 il xidmətdən sonra onların mənzillə təmin olunma hüququ olsa da, onlara mənzil verilmir, yalnız Azərbaycan ordusunda hərbi xidmət keçən hərbçilərə verilir.
 
Milli Məclisin 2025-ci il yaz sessiyasının qanunvericilik işləri planında bir çox mühüm qanun layihəsi təqdim olunacaq. Bunlardan biri də “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsidir. Hesab edirəm ki, bu qanun layihəsi hazırlanarkən həm də “Silahlı qüvvələr haqqında” qanuna, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə də diqqət yetirilməlidir. Hərbçilərlə bağlı bütün bu problemləri aradan qaldırılması üçün, qanunlara dəyişiklik ediləndə hansısa anlaşılmazlıqlar olmasın deyə, onlarla müqavilə imzalanmalıdır. Müqavilənin nümunə forması da həmin qanunlardan birinə-“Silahlı qüvvələr haqqında” qanuna əlavə edilməlidir. Hətta şəxs hərb peşəsini seçəndə bilməlidir ki, o 20 il xidmətdən sonra mənzillə təmin olunacaq, həyatını itirsə və yaxud yaralansa onun ailəsi nə qədər vəsait alacaq, hansı imtiyazları, hansı üstünlükləri var, əməkhaqqı necə indeksləşdiriləcək. Ona görə də, öncədən qeyd etmək istəyirəm ki, hərbçilərlə əmək müqaviləsi bağlanılması məsələsini qanunvericiliyə gətirsək, bütün məsələlər öz həllini tapar və heç bir problem olmaz. Mübahisə olacağı təqdirdə isə onların məhkəmələrə müraciət etmək hüququ yaranacaq”.

 

Parlamentari digər bir məsələ ilə bağlı da təkliflə çıxış edib:

 

“Konstitusiyanın tərkib hissəsi olan “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun 92-ci maddəsinə görə “Normativ hüquqi aktların icrasına nəzarət və yoxlanılması normayaratma orqanları (vəzifəli şəxslər, burada söhbət həm də deputatlardan gedir) və müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulmuş xüsusi orqanlar (şəxslər) tərəfindən həyata keçirilir. Amma biz, real həyatda görürük ki, faktiki surətdə qanunların icrasına nəzarət mexanizmi yoxdur. Ona görə də, bununla əlaqədar olaraq ayrıca qanun qəbul olunmalıdır. Məsələn, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsini götürək. Milli Məclisin daxili nizamnaməsinin 39-cu maddəsinə görə, ümumiyyətlə millət vəkillərinə dövlət və kommersiya sirri, yaxud qanunla qorunan başqa məxfi məlumatlar göndərilmir, verilmir. Belə olduğu halda məsələn, biz komitə olaraq büdcə vəsaitlərinin xəsrclənməsinə necə nəzarət edə bilərik? İnkişaf etmiş başqa ölkələrdə silahların alınması, satışı, müdafiə və təhlükəsizlik xərclərinin necə istifadə olunması ilə bağlı müvafiq komitələrdə ciddi müzakirələr gedir və onların razılığı ilə bunlar həyata keçirilir. Hesab edirəm ki, dövlət idarəetməsində şəffaflığın artırılması, aparılan islahatlarda prezidentə dəstək olmaq üçün belə bir qanunun qəbul olunmasına da ehtiyac var”.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...