Netanyahu-Tramp GÖRÜŞÜ: İran və Qəzza ilə bağlı hansı qərarlar alınacaq? - AÇIQLAMA

Netanyahu-Tramp GÖRÜŞÜ: İran və Qəzza ilə bağlı hansı qərarlar alınacaq? - AÇIQLAMA

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın dəvəti ilə paytaxt Vaşinqtona səfər edib. Netanyahunun fevralın 4-də ABŞ Prezidenti Donald Trampın Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffla, 5-də isə Ağ Evdə Trampla görüşəcəyi gözlənilir.

 

Səfərdən gözləntilər nələrdir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Netanyahu HƏMAS-la atəşkəsdən sonra Qəzza zolağından fələstinlilərin köçürülməsində Donald Trampla eyni fikirdədir:

 

“İkitərəfli görüşdə Yaxın Şərqin siyasi nizamına təsir edəcək qərarlar qəbula edilə bilər. İlk növbədə fikrimcə, Netanyahu Qəzzadan fələstinlilərin köçürülməsi üçün Trampı inandıracaq. Həmçinin İrana qarşı hərbi əməliyyatlar üçün zəmin yaratmağa çalışacaq. Düşünürəm ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında sülh müqaviləsi və “İbrahim” sazişinin bağlanması da müzakirə obyekti olacaq. Əgər Tramp Qəzzadan fələstinlilərin köçürülməsinə çalışsa, İsraillə ərəb ölkələri arasında “İbrahim” sazişi qüvvədən düşəcək və ərəb ölkələri Ağ Ev sahibinin bu siyasətinə sərt reaksiya verəcək”.

 

Müsahibimiz bildirdi ki, Qəzzada idarəçiliyi Fələstin Muxtariyyətinə verməklə razılıq da əldə edilə bilər: 

 

“Qəzzada əsas problem HƏMAS-ın varlığıdır. HƏMAS dirəniş göstərərsə, Qəzzadan fələstinlilərin köçürülməsinə gedilə bilər. Yəqin ki, HƏMAS-ın Qəzzadan çıxarılması üçün təkliflər veriləcək. Lakin onlar razılaşmasa, bunun fələstinlilər üçün mənfi nəticələrin olması mümkündür. Digər tərəfdən, Tramp İranın vurulması üçün Netanyahunun təkliflərini qəbul etməyəcək”.

 

Xatırladaq ki, Netanyahu Vaşinqtona getməzdən əvvəl HƏMAS və Hizbullaha qarşı hücumları ilə Orta Şərqin simasını dəyişdiyini irəli sürərək, bu qərarlarla xəritəni yenidən çəkdiyini iddia edib.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Mikayıl Cabbarov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin ölkəmizdəki səfiri Lu Mey ilə görüş keçirib.   Sera.az xəbər verir ki bu barədə İqtisadiyyat Nazirliyindən...

Polisin maarifləndirmə tədbirləri davam edir - VİDEO

Polis əməkdaşları ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilak...

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhs...

Trampdan Azərbaycan və Ermənistanla bağlı mühüm- AÇIQALAMA

“Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq”.   Sfera.az xəbər verir ki, bunu ABŞ Prezide...

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.   Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məcli...

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan şəxs törətdiyi əməli etiraf etdi

Azərbaycanda terrorçuluq etməyə cəhddə təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəməni...