"Hikmət Hacıyevin səfəri İranı “Huseyniyyun dosyesi”nə baxmağa sövq edəcək" - ŞƏRH

"Hikmət Hacıyevin səfəri İranı “Huseyniyyun dosyesi”nə baxmağa sövq edəcək" - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasına səfər edib. O, İran prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb, ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi ekspert Aqşin Kərimov deyib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İran proqramı Bakı ilə Tehranın regional problemləri və əməkdaşlıqları yenidən nəzərdən keçirməsi deməkdir:

 

“Yəni İranın Cənubi Qafqaz və Yaxın Şərqdəki təsirləri təsvir ediləndən də daha mürəkkəb çətinliklərlə üzləşib. Bu ölkənin artan çıxılmaz vəziyyətlərlə qarşı-qarşıya qalması, o cümlədən daxili hekayələrdəki mümkün qarşıdurma ssenariləri “keçid dövrü”nün deyil, daha uzunmüddətli bir prosesin əlamətləridir. İranla Rusiya Hərtərəfli Strateji Əməkdaşlıq haqqında Saziş imzalasa da, Moskva İrana mümkün strateji təhdidlərdə müştərək müdafiə öhdəlikləri götürməyib. Bu, regionda İranın nüfuzunun zəifləməsinin müşayiətində Tehran üçün gələcək ssenarilərdə problemləri gücləndirir. Ümumilikdə Suriyada baş verən son hadisələr Azərbaycanın srateji müttəfiqi Türkiyənin Cənubi Qafqazda dominant güc kimi formalaşması ilə nəticələnir. Həm Qərb, həm Rusiya ilə güclü əlaqələrə malik olan Azərbaycan-Türkiyə strateji müttəfiqliyi önündə isə İranın effektiv müqavimət mexanizmləri yoxdur”.

 

Ekspert qeyd etdi ki, rəsmi Tehran həm də Donald Tramp administrasiyasının regional siyasətdəki sərt addımlarından çəkinir:

 

“Bu baxımdan, Hikmət Hacıyevin Mehdi Sənayi ilə görüşdə “Azərbaycan tərəfdən İrana heç bir təhdid olmayacaq” fikrini səsləndirməsi Tehranın təhlükəsizlik arayışlarındakı Azərbaycan amilinin gücləndiyinin ifadəsidir. Lakin Azərbaycanla İranın təhlükəsizlik səmtindəki yaxınlaşmaları Tehranın regiondakı əvvəllər elan etdiyi “qırmızı xətləri” ilə əlaqədar məhdudiyyətlərlə nəticələnə bilər Bu kontekst İranın Zəngəzur dəhlizi prosesindəki “maneələrinin” aradan qalxması ilə yekunlaşacaq. Tehran bu zamana qədər Azərbaycanın “Huseyniyyun dosyesi” üzrə tələb etdiyi şəxsləri Bakıya təhvil verməyib. Ehtimalla, Hikmət Hacıyevin səfəri həmin dosyenin Tehran səfində yeni qiymətləndirilməsinə “yaşıl işıq” yandıracaq. Ümumiyyətlə, İran qeyd etdiyim boşluqlardan Azərbaycanla artan çevik əməkdaşlıqlar hesabına çıxmağa həvəslidir. Tehran həm də “Hueseyniyyun dosyesi” ilə bağlı güzəştlərə hazırdır”.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Mikayıl Cabbarov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin ölkəmizdəki səfiri Lu Mey ilə görüş keçirib.   Sera.az xəbər verir ki bu barədə İqtisadiyyat Nazirliyindən...

Polisin maarifləndirmə tədbirləri davam edir - VİDEO

Polis əməkdaşları ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilak...

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhs...

Trampdan Azərbaycan və Ermənistanla bağlı mühüm- AÇIQALAMA

“Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq”.   Sfera.az xəbər verir ki, bunu ABŞ Prezide...

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.   Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məcli...

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan şəxs törətdiyi əməli etiraf etdi

Azərbaycanda terrorçuluq etməyə cəhddə təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəməni...