"Qərb üçün girib diktə edə bilmədiyi bütün mətbəxlər çirklidir..." - Millət vəkili

"Qərb üçün girib diktə edə bilmədiyi bütün mətbəxlər çirklidir..." - Millət vəkili

“Bu gün xeyli sayda dövlət, o cümlədən keçmiş sovetlər məkanında bir sıra subyektlər tam müstəqilliyə və suverenliyin bərpasına qədərki yolda Azərbaycan prezidentinin illər əvvəl əldə etdiyi nəticələrə nail olmaq üçün hələ indi mücadiləyə start veriblər”.


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Bəhruz Məhərrəmov deyib.

 

O qeyd edib ki, Prezident İlham Əliyevin mübarizəsi heç kimin gözləmədiyi çox mürəkkəb periodları əhatələyib:

 

“Avropaya vizasız gedib-gəlmək idealları ilə yaşayanların əksinə, Azərbaycan potensialını sonrakı dövrdə müstəqillik və suverenliyimizin qarantına çevriləcək layihələrə yönəltdi. İllər sonra, bir vaxtlar vizasız Avropa idealları ilə öyünənlər indi artıq başa düşməyə başlayıblar ki, əslində müstəqilliklərini 60 avroluq viza rüsumuna qurban veriblər. Nəticədə bir çox coğrafiyalarda hələ də işğal və təcavüz, o cümlədən separatizm və münaqişələrin çiçəkləndiyi bir şəraitdə, Azərbaycan cənab İlham Əliyevin zamanında verdiyi doğru yön sayəsində bu problemləri illər əvvəl arxada qoya bilib. 

 

Bir vaxtlar cənab İlham Əliyevin enerji və nəqliyyat layihələrinə qarşı çıxanlar artıq həmin layihələrin faktiki benefisiarlarına çevriliblər və ən azı elə bu fakt Azərbaycanın regionda əməkdaşlığın və təhlükəsizliyin qarantoru funksiyasını üstləndiyini göstərir.

 

B.Məhərrəmov qeyd edib ki, AŞPA-nın Azərbaycanın ardınca Gürcüstanla da münasibətlərini qoparmasının əsas bir səbəbi var:

 

“Bu, onu göstərir ki, Qərb üçün girib diktə edə bilmədiyi bütün mətbəxlər çirklidir, Qərbin marionetinə çevrilməyən bütün liderlər avtoritar, ölkələr isə qeyri demokratikdir. Azərbaycan cəmiyyəti buna açıq gözlə baxmalıdır və son bir il ərzində baş tutmuş prezident, parlament və bələdiyyə seçkiləri də göstərir ki, xalqımız bu reallığın fərqindədir”.  

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Mikayıl Cabbarov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin ölkəmizdəki səfiri Lu Mey ilə görüş keçirib.   Sera.az xəbər verir ki bu barədə İqtisadiyyat Nazirliyindən...

Polisin maarifləndirmə tədbirləri davam edir - VİDEO

Polis əməkdaşları ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilak...

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhs...

Trampdan Azərbaycan və Ermənistanla bağlı mühüm- AÇIQALAMA

“Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq”.   Sfera.az xəbər verir ki, bunu ABŞ Prezide...

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.   Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məcli...

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan şəxs törətdiyi əməli etiraf etdi

Azərbaycanda terrorçuluq etməyə cəhddə təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəməni...