Prezident Nazirlər Kabinetinə TAPŞIRIQ VERDİ - ARTIMLAR OLACAQ

Prezident Nazirlər Kabinetinə TAPŞIRIQ VERDİ - ARTIMLAR OLACAQ

"2025-ci il V sosial paketin icrası ilə yadda qalacaq".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Vüqar Bayramov deyib.


Onun sözlərinə görə, artıq Azərbaycanda yeni sosial paketin icrasına start verilib:

 

“Cənab Prezident tərəfindən imzalanan sənədlər ölkəmizdə əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq edir. 3 milyon vətəndaşımızı əhatə edəcək yeni sosial paket 1 milyon 100 min vətəndaşımızın pensiyalarında, minimum əməkhaqqı məbləğinin yüksəldilməsi nəticəsində 700 mindən çox vətəndaşımızın maaşlarında və eləcə də sosial müavinət və təqaüdlərdə artımları reallaşdıracaq. Təəssüf ki, bir sıra marjinal siyasi qruplar hətta sosial islahatlara belə kölgə salmağa çalışırlar”. 

 

Millət vəkili qeyd edib ki, yeni artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub:

 

“2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və dinamika bu il də davam edəcək. 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,5 milyard manat ayrılacaq. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 8.5 milyard manat əlavə vəsait ayrılır.Fevral ayından etibarən minimum pensiya məbləği 14.3 faiz artırılaraq 320 manata çatdırılıb. Bu orta və median pensiya məbləğlərində artımlara xüsusi töhfə verəcək.Sosial paket yalnız maaş və pensiya deyil, eləcə də sosial müavinət və təqaüdlərdə də artımı özündə ehtiva edəcək. Növbəti mərhələdə sosial müavinət və artımlar ilə bağlı da qərarlar veriləcək. Cənab Prezident tərəfindən sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. Nazirlər Kabineti tərəfindən artıq bu istiqamətdə təkliflərin hazırlanması həyata keçirilir. Təkliflərin hazırlanması, maliyyə əsaslandırılmasının aparılması başa çatdıqdan sonra bu istiqamətdə artımlar reallaşacaq”.

 

V.Bayramov vurğulayıb ki, 2025-ci ildə Ağdam daxil olmaqla, Qarabağ və Şərqi-Zəngəzurda bərpa və yenidənqurma üçün 4 milyard manat ayrılacaq:

 

“Bir tərəfdən yenidənqurma və bərpa həyata keçirilsə də, sosial tərəfdən insanların rifahı üçün işlər görülür. Bu il sosial sferada yeni addımlarla yadda qalacaq”.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Ermənlərin azərbaycanlı əsirlərə işgəncə verdikləri kadrlar məhkəmədə nümayiş etdirildi

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edildi

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.   Mə...

Mikayıl Cabbarov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin ölkəmizdəki səfiri Lu Mey ilə görüş keçirib.   Sera.az xəbər verir ki bu barədə İqtisadiyyat Nazirliyindən...

Polisin maarifləndirmə tədbirləri davam edir - VİDEO

Polis əməkdaşları ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilak...

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhs...

Trampdan Azərbaycan və Ermənistanla bağlı mühüm- AÇIQALAMA

“Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq”.   Sfera.az xəbər verir ki, bunu ABŞ Prezide...