Cinayətdə şübhəli bilinən 85 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 85 nəfər saxlanıldı

Fevralın 1-də və 2-də ölkə ərazisində qeydə alınan 76, əvvəlki dövrlərdən bağlı qalan 28 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

  

DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb.


OXŞAR XƏBƏRLƏR