Azərbaycan özünü dərmanla 70 faiz təmin edə bilər

Azərbaycan özünü dərmanla 70 faiz təmin edə bilər

"Azərbaycan əhalisinin 60-70 faizi yerli istehal dərmanlarla təchiz edilə bilər”.

Bunu AzVision.az -a Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib. Millət vəkili bildirib ki, ölkəmizdə 2 il ərzində əczaçılıq zavodları fəaliyyətə başlayacaq, bununla əhalinin dərmana olan təlabatı qismən təmin olunacaq.

"Bundan sonra da yeni zavodların açılması ehtimalı vardır. Hər bir dövlət lazım olan bütün dərmanları, tibbi ləvazimatları özü istehsal etmir. Dərmanın müəyyən hissəsi istehsal edilir, müəyyən qədərini isə başqa dövlətdən alınır. Həmin zavodlar vasitəsilə tək öz ölkəmizi təmin etmək deyil, eləcə də digər ölkələrə dərman ixracı nəzərdə tutulub. Bu da prespektivli bir işdir”. 

İqtisadiyyat naziri Şahin Mustafayev isə jurnalistlərə açıqlamasında bildirib ki, bu ilin mart ayında üçüncü əczaçılıq zavodunun təməli qoyulacaq. O bildirib ki, 2-3 il ərzində Azərbaycanda bir neçə zavod dərman istehsalına başlayacaq: "Bu gün Azərbaycanda dərman idxalı 100 faiz təşkil edir. Təxminən 2-3 il ərzində bu mənzərə tamamilə dəyişəcək. Pirallahı Sənaye Parkında 5 hektar ərazidə inşa edilən "Caspian Pharmed" əczaçılıq zavoduna ilkin mərhələdə 20,6 milyon dollar investisiya qoyulacaq. Zavodda istehsal edilən dərmanların böyük hissəsi Azərbaycan daxili istehlaka yönəldilsə də, bir hissəsi ixrac olunacaq. Təqdim edilən biznes plana əsasən burada istehsal olunan dərmanların Rusiya, Gürcüstan və Qazaxıstan bazarlarına da ixrac edilməsi nəzərdə tutulub”.

OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...