Sabiq deputat azadlığa çıxdı - FOTO

Sabiq deputat azadlığa çıxdı - FOTO

Milli Məclisin sabiq deputatı Eldəniz Səlimov azadlığa çıxıb.

 

Sfera.az xəbər verir ki, E. Səlimovun bu gün cəza müddəti başa çatıb və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

 

Qeyd edək ki, 2021-ci ilin iyul ayının 29-da keçmiş deputat Eldəniz Səlimovun Xaçmaz şəhəri ərazisində polis əməkdaşını döydüyü iddiası ilə polis orqanlarına müraciət edilib.

 

Məlumata görə, Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Eldəniz Səlimov Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək onun ünvanına nalayiq ifadələr işlədib, sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurub.

 

Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

 

Daxili İşlər Nazirliyi Baş Prokurorluğa təqdimat göndərib. Baş Prokurorluq 2021-ci ilin iyulun 30-da deputatın polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi iddiası ilə bağlı cinayət işi başladıb və daha sonra deputatın toxunulmazlığının ləğvi ilə bağlı parlamentə təqdimat göndərib.

 

2 avqust 2021-ci il tarixində parlamentin İntizam Komissiyasının iclasında deputatın toxunulmazlığının ləğv edilməsi ilə bağlı məsələ plenar iclasa tövsiyə olunub. Həmçinin 2 avqust 2021-ci ildə Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının İdarə Heyətinin iclasında Eldəniz Səlimov YAP üzvlüyündən xaric edilib.

 

Parlamentin 3 avqust 2021-ci il tarixli fövqəladə iclasında deputatın toxunulmazlığı ləğv olunub.

 

27 dekabr 2021-ci ildə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və deputat mandatına xitam verilib.

 

2 noyabr 1976-cı ildə Xaçmaz rayonunda anadan olan Eldəniz Səlimov Milli Məclisin V və VI çağırış deputatı olub.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu kreditlər bahalaşdı

2025-ci il iyun ayının 1-nə Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18,90% təşkil edib.   Sfera....

Doqquzuncu siniflərin DİQQƏTİNƏ

7-17 iyul tarixlərində learn.algoritmika.az platformasında "Rəqəmsal Bacarıqlar təmayüllü" 10-cu siniflərə qəbul imtahanının ikinci mərhələsi keçirilə...

Xalq artisti etiraz etdi: “Onlarla eyni verilişdə olmayacağam”

Son illər sənət cameəsində tanınan, səviyyəli və orta, yaşlı nəsli təmsil edən sənətkarları televiziya proqramlarında demək olar ki, nadir hallarda görürük. Xüs...

Hava ilə bağlı XƏBƏRDARLIQ: Leysan olacaq

İyulun 8-9-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli ol...

2 nəfərin öldürüldüyü qanlı insidentlə bağlı məhkəmə başladı

Bakıda 2 nəfəri öldürməkdə təqsirləndirilən Nurani Məmmədov, Tural Məmmədov, Yunis Rəhimov, Sərxan Şahbazov və Ramin Quliyevin cinayət işi üzrə növbəti məhkəmə ...

Heyvanlardan insanlara keçə bilən təhlükəli xəstəliklər

Heyvanlardan insanlara keçən xəstəliklər dünya üzrə geniş yayılıb və bir çox hallarda ciddi sağlamlıq problemlərinə səbəb olur.   Ümumdünya Səhiyyə T...