Yenidən Rusiya futboluna rəhbər seçildi

Dünya
15:50 / 02.02.2025
19599
Aleksandr Dyukov yenidən Rusiya Futbol İttifaqının (RFU) prezidenti seçilib.
Sfera.az xəbər verir ki, seçkilər təşkilatın Moskvada keçirilən konfransında baş tutub.
Dyukov seçkilərdə yeganə namizəd olub və o, yekdilliklə yenidən rəhbər seçilib.
Qeyd edək ki, 57 yaşlı Dyukov RFS prezidenti vəzifəsini 2019-cu il fevralın 22-dən icra edir.