Xalq artisti yeni duetini təqdim etdi

Xalq artisti yeni duetini təqdim etdi

Xalq artisti Tünzalə Ağayeva növbəti layihəsini sevənlərinin ixtiyarına verib.

 

Sfera.az xəbər verir ki, pop ulduz bu dəfə bəstəkar, pianoçu, aranjimançı Bəbir Bəbirli ilə bir araya gəlib. Sənətçilər ölməz bəstəkar Ramiz Mirişlinin repertuarına müraciət ediblər. Onlar “Səadət” mahnısını ifa ediblər. Yeni duet artıq bütün musiqi platformalarında və Xalq artisti Tünzalə Ağayevanın şəxsi “Youtube” kanalında yayımlanıb.

 

Xalq artisti yaranan işlə bağlı təəssüratlarını bölüşüb: “Bildiyiniz kimi, bu dueti bizdən öncə böyük sənətkarlar ifa ediblər. Onlardan dahi Elmira Rəhimova və Yaşar Səfərovu xüsusi vurğulamaq istərdim. Çünki Elmira xanımın səsi hər zaman qulağımızda olub. Onunla böyümüşük. “Səadət” bizim xalqımızın sevimli mahnılarındandır. Belə klassik əsərləri yaşatmaq bizim nəslimizin borcudur. Duet ortağım Bəbir Bəbirli istedadlı musiqiçidir və çox məlahətli səs tembrinə malikdir. Mənim də bir çox məşhur mahnılarımın aranjımançısıdır. Duetin ideyası da elə Bəbirə məxsusdur. Mahnının aranjımanı klassik üslübdadır. Originallığına toxunulmayıb. Çünki düşünürəm ki, klassika elə klassikada qalmalıdır. Biz bu dueti ilk dəfə İTV-nin efirində səsləndirdik və ifa xalq tərəfindən böyük maraqla qarşılandı”.

 

Qeyd edək ki, mahnının sözləri böyük şair Rəfiq Zəka Xəndan, aranjımanı isə Bəbir Bəbirliyə məxsusdur. Miks və masterinqi Emin Karim edib.

 


OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv etdi

“Odlar Yurdu Sığorta Brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Cəmiyyət) lisenziyası ləğv edilib.   Sfera.az xəbər verir ki, bu barədə A...

Aygün Mirzəyevaya hökm oxundu

Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevaya hökm oxunub.   Sfera.az xəbər verir ki, keçmiş bələdiyyə sədri Lənkəran Rayon Məhkəməsi tərəfi...

Dayə qiymətlərinə görə övladına özü baxacaq

Bir neçə müddət öncə ana olan aktrisa Pınar Dəniz bahalı dayə qiymətlərindən şikaətlənib.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki...

"Birbank"ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışması başa çatdı

Maliyyə xidmətləri ilə yanaşı gənclərin bilik və bacarıqlarının inkişafına yönələn layihələrlə gündəmə gələn Birbank hazırlıqlı, bilikli mütəxəssislərin əmək ba...

İqtisadi Şuranın iclası olub - Sahil Babayevin təqdimatı dinlənilib - FOTO

İqtisadi Şuranın növbəti iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verib.   Məlumata əsasən, iclasd...

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı &ld...