Qırğızıstanda qaldırıcı kranın dayağı uçdu - Xəsarət alanlar var

Qırğızıstanda qaldırıcı kranın dayağı uçdu - Xəsarət alanlar var

Qırğızıstanın Karakol şəhərindəki dağ-xizək bazasında qaldırıcı kranın dayağı (xizəkçilər və snoubordçuların daşınması üçün kanat sistemi) uçub.

 

Sfera.az xəbər verir ki, bu barədə Qırğızıstan KİV-i məlumat yayıb.

 

İssık-Kul vilayət xəstəxanasından bildirilib ki, təcili yardım maşını iki uşağı xəstəxanaya çatdırıb, hazırda həkimlər müayinə aparırlar.

 

Vilayətin Daxili İşlər İdarəsindən hadisə ilə bağlı araşdırmaya başlanıldığını təsdiqləyiblər.

 

Dağ-xizək bazasında üç kanat yolu var, digər ikisi fəaliyyətini davam etdirir.


OXŞAR XƏBƏRLƏR