Dünya bazarlarında neft ucuzlaşdı

Dünya
11:40 / 01.02.2025
10330
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin aprel müqaviləsinin dəyəri 0,29% azalaraq 1 barelə görə 75.67 ABŞ dolları təşkil edib.
Sfera.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,28% azalaraq 1 barelə görə 72.53 ABŞ dollarına bərabər olub.