Partlayışda həlak olan ailə üzvləri dəfn edildi


Partlayışda həlak olan ailə üzvləri dəfn edildi

Ağcabədidə əl qumbarasının partlaması zamanı həlak olan ailə üzvləri dəfn edilib.

 

Sfera.az xəbər verir ki, partlayış zamanı həyatlarını itirən Bəhruz Quliyev, Natiq Quliyev, Şamiq Quliyev ailənin yaşadığı Hindarx qəsəbə qəbiristanlığında, babası evinə Bərdə rayonunun Əmirli kəndindən qonaq gələn Məhəmməd Məmmədli və Murad Məmmədli qardaşları yaşadıqları Əmirli kənd qəbiristanlığında dəfn edilib.

 

Ailənin digərüzvləri yaralı Ülviyyə Məmmədli və Aysun Quliyevanın müalicəsi xəstəxana şəraitində davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

 

Xəbər verildiyi kimi, Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb. Baş verən parlayış nəticəsində 5 nəfər ölüb (onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir):

 

1. Quliyev Şamiq Əfqan oğlu (1959);

2. Quliyev Bəhruz Şamiq oğlu (1983);

3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);

4. Məmmədli Murad Vidadi oğlu (2018);

5. Quliyev Natiq Namiq oğlu (2018),

2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

1. Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985);

2. Quliyeva Aysun Namiq qızı (2015).

 

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


OXŞAR XƏBƏRLƏR

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) ilə bağlı mediada yayılan məlumatlar...

"Çörəkdən tam imtina sağlamlığa zərərdir" - AİB sədrindən ETİRAZ

Azərbaycan əhalisi son iyirmi ildə davamlı olaraq çörək və un məmulatlarının istehlakını azaldır, əvəzində meyvə və tərəvəz istehlakını artırır. 2005-ci ildə ad...

Azad edilmiş daha 8 rayona şəxsi maşınla GETMƏK OLACAQ

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir.   Sfera.az xəbər verir ki, bu bar...

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

ABŞ Prezidenti Donald Tramp Suriya administrasiyasının yeni rəhbəri Əhməd əş-Şara ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “Əl Ər...

Tramp suriyalıları sevindirdi - Sanksiya qərarı coşqu ilə qarşılandı - FOTO -VİDEO

Suriyada küçələr və meydanlar ABŞ Prezidenti Donald Trampın sanksiyaları ləğv etmə qərarından sonra bayram əhval-ruhiyyəsi ilə dolub-daşdı.   Sfera.a...

Günahsız olduğu bilindi - 38 ildən sonra azadlığa buraxıldı - FOTO

1987-ci ildə törədilən qətldə təqsirləndirilərək 38 il həbsdə saxlanılan Böyük Britaniya vətəndaşı 68 yaşlı Piter Sallivanın cinayət hökmü yeni genetik sübutlar...