Rəqqasə Fatimə tanınmış aparıcını YIXIB-SÜRÜDÜ - VİDEO


Rəqqasə Fatimə tanınmış aparıcını YIXIB-SÜRÜDÜ - VİDEO

Rəqqasə Fatimə Fətəliyeva teleaparıcı Zaur Nəbioğlu barədə qalmaqallı fikirlər səsləndirib.

 

“Tarixin bir günü” verilişinin qonağı olan rəqqasə dost kimi qatıldığı proqramda gözlənilmədən düşmən münasibəti ilə qarşılaşdığını bildirib:

 

“Mən də vaxtilə onlara dost demişəm. Amma təəssüflər olsun ki, mən onlara dost demişəm. Bu yaxında dostların verilişinə dəvət olundum. Ancaq özümü dostların yanında yox, tam başqa, özgə xalqın nümayəndəsi kimi hiss etdim. Bilirsiniz, nəyə görə? Çünki mən ora gələndə ilk olaraq demişdim ki, xahiş edirəm sizdən şəxsi həyatımdan sual verməyin. Sən də mənə şəxsi həyatımdan sual verdin və gözəl şəkildə cavabını aldın. Amma mənə elə bir şəkildə sual verdilər, elə yerimdən toxundular... Mənim övladlarım artıq böyüyüb. Qızımın 30, oğlumun 14 yaşı olacaq. İstəmirlər ki, onların ad çəkilsin. İndi mən danışıram əslində bu çoxdur. Vadar edirlər ki, bunları deyəsən. Orada mənim ailəm və övladlarım haqda suallar verildi və mən də özümü itirdim. Dost deyib getmişdim. O dəqiqə bilmədim ki, nə danışıram. Sonra efirə baxıb dedim ki, bu mənəm? Həmin aparıcı isə tamaşaçılara deyir ki, bilirsiz, Fatimə xanım rusdilli məktəbi bitirib ona görə danışıq qabiliyyəti o deyil. Bu nə deməkdir? Bəli, rusdilli məktəb bitirmişəm. Amma eyni zamanda Azərbaycan dilində İncəsənət Universitetini də bitirmişəm. İllərdir ki, təcrübəm var. Səhnədə böyümüşəm və məclislər idarə edirəm. Buradan Rusiyaya dəvət alıram, 300 nəfərlik məclisi tək aparıram”.

 

F.Fətəliyeva sərt etirazına belə davam edib:

 

“Ola bilsin ki, bu söhbətdən sonra hansısa məclisdə həmin adamlar mən tərəfə belə baxmasınlar. Canları sağ olsun. Mən olan şeyi demişəm. Elə bilirlər ki, o verilişlər sonacan gedəcək. Amma heç nə ömür boyu parıldamır. İnsan dostluğu reytinqə dəyişməz”.  (Yenisabah.az)

 


OXŞAR XƏBƏRLƏR

Aygün Mirzəyevaya hökm oxundu

Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevaya hökm oxunub.   Sfera.az xəbər verir ki, keçmiş bələdiyyə sədri Lənkəran Rayon Məhkəməsi tərəfi...

Dayə qiymətlərinə görə övladına özü baxacaq

Bir neçə müddət öncə ana olan aktrisa Pınar Dəniz bahalı dayə qiymətlərindən şikaətlənib.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki...

"Birbank"ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışması başa çatdı

Maliyyə xidmətləri ilə yanaşı gənclərin bilik və bacarıqlarının inkişafına yönələn layihələrlə gündəmə gələn Birbank hazırlıqlı, bilikli mütəxəssislərin əmək ba...

İqtisadi Şuranın iclası olub - Sahil Babayevin təqdimatı dinlənilib - FOTO

İqtisadi Şuranın növbəti iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verib.   Məlumata əsasən, iclasd...

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı &ld...

FİFA və UEFA-nın AFFA-ya nə qədər vəsait ayırdığı MƏLUM OLDU

Azərbaycanda futbolun və onun idarəetmə sisteminin inkişafına nail olmaq üçün UEFA-nın "Hat-Trick" Həmrəylik proqramları çərçivəsində 2023/2024 və 202...