Azərbaycanda çörək bahalaşdı: sabahdan etibarən bu qiymətə satılacaq

Azərbaycanda çörək bahalaşdı: sabahdan etibarən bu qiymətə satılacaq

Azərbaycanda çörəyin qiymətində artım olacaq.

 

Sfera.az Globalinfo.az-a istinadən xəbər verir ki, sabahdan etibarən çörək 5-10 qəpik bahalaşacaq.

 

Məsələ ilə bağlı “Nur çörəyi” zavodu ilə əlaqə saxladıq.

 

Zavoddan saytımıza xəbəri təsdiq etdilər:

 

“Bəli, doğru xəbərdir. Sabahdan çörəyin qiyməti 5 qəpik artırılacaq. Amma yalnız qiymət deyil, eyni zamanda çörəyin çəkisi də artacaq. Çünki çəki az olanda çörək tez qurumuş olur. Ona görə də məcburuq çəkini artıraq. Çəkini artırırıqsa, avtomatik qiymətə təsir edir. Bazarda qiymət çəkiyə görə tənzimlənir. Ona görə də fevralın 1-dən 50 qəpiklik çörək 55, 55 qəpik olan çörəklər 65 qəpiyə satılacaq.

 

Çəki bundan əvvəl 440-450 qram idi, bundan sonra 500-500 qram olacaq. 55 qəpiklik çörəyin çəkisi isə 510 qram idi, bundan sonra 620 qram olacaq. Belə olduqda çörəkdə quruma da az olacaq”.


OXŞAR XƏBƏRLƏR

"Dünya titrədi, amma Rusiya Trampa fikir vermədi" - Medvedev

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı 100 faiz gömrük rüsumları tətbiq etməklə bağlı so...

Məzuniyyət gecəsi 80-dən çox tələbə zəhərləndi

Yekaterinburqda Ural Dövlət Hüquq Universitetinin (USLU) 80- dən çox tələbəsi Versal banket zalında məzuniyyətlərini qeyd etdikdən sonra salmonella xəstəliyinə ...

Bu 3 bürc gün ərzində sevinəcək - QOROSKOP

Bəzi bürclər iş həyatında parlayacaq, digərləri eşqdə sürprizlərlə üzləşəcək. Kimiləri isə sakitlik və rahatlıq axtaracaq.    Sfera.az günün bür...

XİN-dən paylaşım: “Milli Birlik Gününüz mübarək, əziz Türkiyə!” – FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin 15 iyul - Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir...

Astarada azadlığa çıxan kişi dərhal həbs edildi

Astara rayonunda azadlığa çıxan 45 yaşlı kişi yenidən həbs edilib.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, rayon sakini, 1980-ci il təvəllüdlü ...

Dövlət qulluqçularının maaşı 2 min manata çatdı

2025-ci ilin əvvəlinə aid olan məlumata əsasən, Azərbaycanın dövlət qulluqçularının ortaaylıq əməkhaqqısı 1971 manata yüksəlib.    Sfera.az Dövl...