Orban Aİ-ni HƏDƏLƏDİ: "Rusiyaya qarşı növbəti sanksiyalara mane olacağıq"

Orban Aİ-ni HƏDƏLƏDİ: "Rusiyaya qarşı növbəti sanksiyalara mane olacağıq"

Macarıstanın Baş naziri Viktor Orban Rusiya qazı ilə bağlı Avropa İttifaqını hədələyib.

 

Sfera.az bildirir ki, o, bu barədə dövlət radiosuna açıqlamasında danışıb.  

 

Orban bildirib ki, Aİ Ukrayna ərazisindən Rusiya qazı axınının yenidən başlamasına kömək etməlidir:

 

“Brüssel Rusiya qazının Ukrayna ərazisindən tranzitinin bərpasına kömək etməsə, biz Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyalarının tətbiqinə mane olacağıq”. Orban vurğulayıb ki, Ukraynanın Rusiya qaz tranzitini dayandırması və qiymət artımı “qəbuledilməzdir”.

 

“Buna görə də Macarıstan bu həftə Aİ-dən enerji təhlükəsizliyinə zəmanət istəyir. Bundan əlavə, Avropa Komissiyası ukraynalıların Rusiya qazının tranzitini bərpa etməsi məsələsini həll edəcəyinə söz verib. Əgər komissiya razılaşdığımızı etməsə, sanksiyalar dayandırılacaq”, - Baş nazir bildirib.

 

Xatırladaq ki, yanvarın 1-də Rusiya qazının Ukrayna üzərindən Avropaya daşınmasına dair müqavilənin müddəti başa çatdıqdan sonra Avropada yeni böhran yaranıb.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...

Renka oğlu ilə bağlı suala əsəbiləşdi - efirdən GETDİ - VİDEO

Rəqqasə Rəna Ağamuradova ( Renka ) efirlərin birində qonaq olub.   Sfera.az xəbər verir ki, o, verilişdə əsəbiləşib özündən çıxıb.   ...

Karqo partlayışlarının arxasında bu ölkə durur - Gizli "agent"lərdən istifadə olunub

Avropada son aylarda bir neçə şəhərdə göndərilən karqo bağlamalarında partlayıcıların olması aşkarlanıb. Aparılan ilkin araşdırma bu partlayıcıların Rusiyanın G...

Bakıda odlu silahlarla tutulan həkim azadlığa buraxıldı

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Uşaq ürək cərrahiyyə şöbəsinin rəhbəri olmuş Elnur Həsənov odlu silah və soyuq silah saxlamaq ittihamı ilə həbs edil...

"Skype" tarixə qovuşdu

Amerikalı texnologiya nəhəngi "Microsoft"un məşhur "Skype" tətbiqi bu gündən etibarən fəaliyyətini dayandırıb.   Sfera.az xəbər v...