Paşinyandan sülh müqaviləsi ilə bağlı AÇIQLAMA: "İlk dövlətlərarası sənədimiz var"

Paşinyandan sülh müqaviləsi ilə bağlı AÇIQLAMA: "İlk dövlətlərarası sənədimiz var"

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında sülh sazişi məsələsinə toxunub.

 

Sfera.az xəbər verir ki, o, hələlik görüşün tarixi ilə bağlı konkret razılaşma olmadığını deyib.

 

Paşinyan qeyd edib ki, sülh müqaviləsi ilə bağlı yeni heç nə yoxdur:

 

“Hər şey komissiyaların nizamnaməsində göstərildiyi kimi olacaq. Sənəd dərc olunub. Biz hazırıq və səmimiyyətlə deməliyəm ki, 2024-cü ildə delimitasiya prosesi, həqiqətən, çoxməzmunlu xarakter alıb. Azərbaycanla ilk dövlətlərarası sənədimiz var. Prinsipial əhəmiyyət kəsb edən bu sənədi ölkələr ratifikasiya edib. Artıq razılıq var ki, komissiyalar və tərəflər qarşıdakı dövrdə Ermənistan-Azərbaycan sərhədində Gürcüstan sərhədindən İran sərhədinə qədər demarkasiya işlərinə diqqət yetirəcəklər.  Layihənin 17 bəndindən 15-i razılaşdırılıb. Delimitasiya komissiyalarının iclası ilə bağlı razılıq əldə edildikdən sonra bu barədə məlumat veriləcək”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...

Renka oğlu ilə bağlı suala əsəbiləşdi - efirdən GETDİ - VİDEO

Rəqqasə Rəna Ağamuradova ( Renka ) efirlərin birində qonaq olub.   Sfera.az xəbər verir ki, o, verilişdə əsəbiləşib özündən çıxıb.   ...

Karqo partlayışlarının arxasında bu ölkə durur - Gizli "agent"lərdən istifadə olunub

Avropada son aylarda bir neçə şəhərdə göndərilən karqo bağlamalarında partlayıcıların olması aşkarlanıb. Aparılan ilkin araşdırma bu partlayıcıların Rusiyanın G...