"Aİ missiyası vasitəsilə daha iki il sülhə mane olacaq" - MÖVQE

"Aİ missiyası vasitəsilə daha iki il sülhə mane olacaq" - MÖVQE

Avropa İttifaqı (Aİ) Şurası artıq Ermənistandakı müşahidə missiyasının mandatını iki il - 19 fevral 2027-ci ilədək uzadıb. Bu barədə Aİ şurası məlumat yayıb. Qeyd olunub ki, missiyanın tərkibində Kanada da daxil olmaqla 25 ölkəni təmsil edən beynəlxalq və yerli heyətdən ibarət 200-dən çox əməkdaş yer alır.

 

Qarşıdakı iki ildə Cənubi Qafqazda vəziyyət necə olacaq?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, ümumiyyətlə, Aİ regional sülh və sabitlikdə maraqlı deyil:

 

“Aİ missiyası 2023-cü ildə Ermənistanda yerləşdirilib və müntəzəm olaraq genişlənir. Guya missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühiti təmin etmək idi. Buna baxmayaraq, ötən müddət ərzində missiya konstruktiv davranışdan daha çox, kəşfiyyat- diversiya fəaliyyəti ilə məşğul oldu. Missiya 2023-cü ildən bəri regional sabitliyin təmin olunmasından daha çox, gərginliyə rəvac verib”.

 

Müsahibimiz qeyd etdi ki, Aİ regionla bağlı çirkin planlarından əl çəkməyib və missiyanın fəaliyyətinin uzadılması da belə düşünməyə əsas verir:

 

“Aİ gələcəkdə də bölgə ilə bağlı destruktiv mövqeyini davam etdirməkdə israrlıdır. Odur ki, Aİ missiyası vasitəsilə böyük ehtimalla qarşıdakı iki il ərzində regional sülhə mane olmaqda davam edəcək”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...

"Mobil tətbiq üzrə rəqibimiz yoxdur" - Nadir Babazadə

"Mobil tətbiq üzrə özümüzə rəqib görmürük".   Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən ABB İnvest şirkətinin fəaliyyətinə dair mətbu...