İş qrafikinin təşkili tıxac problemini həll edəcəkmi? - AÇIQLAMA

İş qrafikinin təşkili tıxac problemini həll edəcəkmi? - AÇIQLAMA

Prezident İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında yer alan məsələlərdən biri dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən iş qrafikinə keçməsi ilə bağlıdır.

 

Maraqlıdır, iş qrafikinin təşkili tıxac problemini həll edə biləcəkmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Vüqar Bayramov bildirdi ki, Proqramın məqsədi Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir.

 

Onun sözlərinə görə, bütövlükdə, Dövlət Proqramı Bakı və ətraf ərazilərdə nəqliyyat infastrukturunun inkişaf etdirilməsi və sıxlığın aradan qaldırılmasını nəzərdə tutur:

 

“Təbii ki, bu tədbirlərlə yanaşı, bir sıra keyfiyyət islahatları da aparılacaq. Bu, xüsusən də, iş saatlarında dəyişkən qrafikdən istifadə olunması, eyni zamanda məktəbli avtobusu sisteminin genişləndirilməsi kimi tədbirlər özündə ehtiva edir. Dəyişən iş qrafiki ilə bağlı mütəmadi təkliflərimizi təqdim etmişik. Nəzərə alsaq ki, dəyişkən iş qrafiki bir sıra inkişaf etmiş ölkələrdə tətbiq olunur və bunun da əsas mahiyyəti məhz dövlət qurumları, eləcə də, özəl sektor, o cümlədən, tibb müəssisələri və məktəblərdə fərqli saatlarda işə başlamaq və iş vaxtının bitməsindən ibarətdir. Bu praktiki olaraq sıxlığa təsir göstərən vacib keyfiyyət meyarlarından biridir. Fərqli saatlarda işə başlamaq nəticə etibarilə nəqliyyata tələbi, eyni zamanda şəxsi avtomobillərdən istifadəni saatlar üzrə şaxələndirəcək. Bu da eyni saatda daha az nəqliyyat vasitəsinin istifadə olunması mənasına gəlir. Ona görə də əksər Avropa ölkələrində olduğu kimi Azərbaycanda da bu sistemin tətbiq edilməsi praktiki olaraq sıxlığın azalmasına gətirib çıxara bilər”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...

"Mobil tətbiq üzrə rəqibimiz yoxdur" - Nadir Babazadə

"Mobil tətbiq üzrə özümüzə rəqib görmürük".   Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən ABB İnvest şirkətinin fəaliyyətinə dair mətbu...