"ABŞ dollarına alternativ yaratsanız..." - Trampdan BRİKS ölkələrinə XƏBƏRDARLIQ

"ABŞ dollarına alternativ yaratsanız..." - Trampdan BRİKS ölkələrinə XƏBƏRDARLIQ

"BRİKS-ə üzv dövlətlər bir daha ABŞ dollarına yeni valyuta və ya hər hansı başqa alternativ yaratmağa cəhd edərlərsə, onlara 100% idxal rüsumları tətbiq ediləcək".

 

Sfera.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

 

“Biz bu zahirən düşmən kimi görünən ölkələrdən öhdəlik tələb edəcəyik ki, onlar nə yeni BRİKS valyutasını yaratsın, nə də güclü ABŞ dollarını əvəz edəcək başqa valyutaları dəstəkləsinlər. Belə bir şey olsa, 100% tariflərlə üzləşəcəklər. Beynəlxalq ticarətdə və ya başqa yerdə BRİKS-in ABŞ dollarını əvəz etmə şansı yoxdur və buna cəhd edən hər hansı bir ölkə Amerika ilə münasibətləri bitirməlidir”, - Tramp qeyd edib.

 

Qeyd edək ki, Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar ölkəsinin “heç vaxt dollarsızlaşdırmanın tərəfdarı olmadığını” vurğulayıb. Rusiya xarici işlər nazirinin müavini və BRİKS şerpası Sergey Ryabkovun sözlərinə görə, assosiasiya Trampa izah etməyə hazırdır ki, söhbət dollardan imtina etmək deyil, Vaşinqtonun yanlış siyasətindən nəticə çıxarmaqdır.

 

Xatırladaq ki, BRİKS qrupu 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb, Cənubi Afrika isə 2011-ci ildə qoşulub. 1 yanvar 2024-cü ildə Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri və Efiopiya assosiasiyaya qoşulub. Səudiyyə Ərəbistanı da BRİKS-ə qoşulmaq üçün dəvət alıb, lakin onun səlahiyyətlilərinə görə, Ər-Riyad hələ də təklifi dəyərləndirir. 2024-cü ildə BRİKS-ə Rusiya sədrlik edirdi. Onun sədrliyi dövründə əsas hadisə oktyabrın 22-24-də Kazan Sammiti olub və burada BRİKS tərəfdaş ölkələr kateqoriyasının yaradılması qərara alınıb. İlk tərəfdaş ölkələr Belarus, Boliviya, Qazaxıstan, Kuba, Malayziya, Nigeriya, Tailand, Uqanda və Özbəkistan olub. İndoneziya da ilkin olaraq BRİKS tərəfdaşı adlandırılmışdı, lakin yanvarın 6-da Braziliya Asiya ölkəsinə tamhüquqlu üzv statusu verildiyini elan edib.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov qərar imzaladı

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib. Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb. ...

Küçələrdən yığdığı butulkalarla ev aldı - FOTO

Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.   Sfera.az&n...

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...