"Bəyannamədən sonra birgə hərbi əməkdaşlıq paktı da imzalana bilər" - ŞƏRH

"Bəyannamədən sonra birgə hərbi əməkdaşlıq paktı da imzalana bilər" - ŞƏRH

Xəbər verdiyimiz kimi, ötən gün Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan üçtərəfli nazirlər görüşündə Bəyannamə imzalanıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, sözügedən sənəd üç türk ölkəsinin iqtisadi-siyasi əməkdaşlığını özündə ehtiva edir:

 

“Düşünürəm ki, hər üç ölkə növbəti mərhələdə üçtərəfli müttəfiq bəyannaməsi, o cümlədən Mərkəzi Asiya türk ölkələri ilə birgə hərbi əməkdaşlıq paktı da imzalaya bilər. Yeni dünya siyasi nizamında Ankaranın çevik və strateji hədəfləri yeni hərbi pakt qurulmasıdır. Belə ki, Türkiyə - Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun geosiyasi mövqelərini gücləndirərək əsas təsir zonasını formalaşdırır. Rusiya və İranın Azərbaycana təzyiqləri də Türkiyə ilə birgə koordinasiyalı şəkildə siyasət aparmasından irəli gəlir”.

 

Politoloq qeyd etdi ki, növbəti mərhələdə Zəngəzur dəhlizinin açılması reallaşacaq:

 

“Regional şərtlər və Ankaranın təzyiqləri İrəvanın geri addım atması ilə nəticələnə bilər. Digər tərəfdən, bilirsiniz ki, Avropa İttifaqının (Aİ) səfirləri Ermənistandakı müşahidə missiyasının iki il müddətinə uzadılmasını təsdiqləyiblər. Qərara əsasən, avropalı müşahidəçilər daha iki il - 2027-ci il fevralın 19-dək Ermənistanın sərhədyanı rayonlarında qalacaqlar. Buna baxmayaraq, regionda proseslər Ankara-Bakı tandeminin formalaşdırdığı siyasətdən asılı olacaq”.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov qərar imzaladı

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib. Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb. ...

Küçələrdən yığdığı butulkalarla ev aldı - FOTO

Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.   Sfera.az&n...

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...