Evdə siqaret çəkən kişi yanaraq öldü

Evdə siqaret çəkən kişi yanaraq öldü

Xaçmazda 56 yaşlı kişi yanaraq ölüb.

 

Sfera.az xəbər verir ki, hadisə rayonun Susayqışlaq kəndində baş verib.

 

Belə ki, 1969-cu il təvəllüdlü Əziz Vəlixanov uzanarkən çəkdiyi siqaretin kötüyünün yerə düşməsi yanğına səbəb olub.

 

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırılma aparılır.


OXŞAR XƏBƏRLƏR