Skuterlərlə bağlı yeni qərar


Skuterlərlə bağlı yeni qərar

Kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədləri təsdiqlənib.

 

Sfera.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

 

Bu sənəd “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 46-1-ci maddəsinin VI hissəsinə uyğun olaraq hazırlanıb və kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədlərini müəyyən edir.

 

Kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədləri aşağıdakı tələblərə uyğun olaraq müəyyən edilir:

 

- Bakı, Sumqayıt, Xırdalan və Gəncə şəhərlərinin inzibati-ərazi vahidləri daxilində əhalinin hər 1000 nəfərə ümumilikdə 6-dan çox olmamaqla;

 

- Azərbaycan Respublikasının digər şəhər və rayonlarının inzibati-ərazi vahidləri daxilində əhalinin hər 1000 nəfərə ümumilikdə 4-dən çox olmamaqla.

 

Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerləri, park ərazilərində, yaşayış zonalarında, səkilərdə, velosiped yollarına bitişik hissədə digər hərəkət iştirakçılarına maneə yaratmamaq şərti ilə Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilir.

 

Parklanma yerləri müəyyən edilərkən ictimai iaşə obyektləri, iş yerləri, ticarət obyektləri, idman və əyləncə obyektləri, təhsil müəssisələri və s.mövcudluğu nəzərə alınmalıdır.

 

Eləcə də nəqliyyat infrastrukturu obyektləri (metro və dəmiryol stansiyaları, avtobus dayanacaqları, nəqliyyat mübadilə məntəqələri), insanların sıx məskunlaşdığı və gündəlik olaraq intensiv hərəkət etdiyi ərazilərdə bir-birindən ən azı 200-300 metr piyada gedişi məsafəsinin, digər ərazilərdə isə ən azı 300-400 metr piyada gedişi məsafəsi mövcud olmalıdır.

 

Bundan başqa, parklanma yerləri piyadaların hərəkəti üçün nəzərdə tutulan ərazilərdə, o cümlədən səkilərdə təşkil edildiyi halda, piyadalar üçün minimum 1,5 metr hərəkət hissəsi saxlanılmalıdır.

 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...