Döyüldüyü iddia olunan birinci katib: Mənə şər atıblar

Döyüldüyü iddia olunan birinci katib: Mənə şər atıblar

Azərbaycan Respublikasının Yunanıstandakı Səfirliyində birinci katib vəzifəsində çalışmış Rəhman Şahhüseynli səfir Arif Məmmədovun onu döyməsi ilə bağlı xəbəri "əsassız" adlandırıb.

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən R.Şahhüseynli işdən çıxarılmasına səbəb kimi ailəvi məsələləri göstərib:

 

"Səfir Arif Məmmədovla aramızda ən kiçik mübahisə belə olmamışdı. Daim qarşılıqlı hörmət və işgüzar münasibət içində Dövlətimiz üçün birgə çalışmışıq. Yerdə qalanlar isə artıq xırda, mənasız detallardır. Bilənlər bilir, bilməyənlər üçün yazım ki, bütün məsələlərin kökündə bu balaca, dəcəl bala dayanır. Necə deyərlər, “dava, yorğan (uşaq) davasıdır. Keçmiş yoldaşımdan rəsmi ayrıldıqdan sonra, bu balaca “atamla yaşamaq istəyirəm” deyə gəlib qayıtmırdı. Hər dəfəsində bir təhər yola gətirib geri göndərirdim. Sonuncu dəfə 2021-ci ildə gəldi ki, “mən heç vaxt qayıtmayacam.” Gəlişinin bədəlini ata ödəməlı oldu... Oğulun dirəşib qayıtmaması ataya “inzibati xəta” hesab olundu. Buna görə işdən tənbeh aldım. Dolayısıyla, övladıma sahib çıxdığıma görə aldığım bu tənbehi, iş həyatım boyuca aldığım tək və yeganə tənbeh olmaqla, ən şərəfli “töhmət” hesab edirəm".

 

Müsahibimiz keçmiş qohumları, iş yoldaşları tərəfindən ittiham olunduğunu qeyd edib:

 

"İllərdir ki, keçmiş qohumlar XİN-ə və digər qurumlara dayanmadan yazır, işimi, karyeramı hədəf alırdılar. Uşaqla bağlı məsələlərdən məsul olan bəzi şər qüvvələr və işdəki qısqanclar da keçmiş qohumlara qoşulub şər-böhtan və “danos yarışına” girincə, XİN-ə çağrıldım, izahatımı yazdım və rəhbərliyin istənilən qərarına hörmətlə yanaşacağımı bildirdim. Rəhbərlik də öz növbəsində, dövlət qurumunun nüfuzuna yersiz xələl gəlməməsi üçün müvafiq qərarını verdi. Hörmətlə yanaşmaq lazımdır. Tam o ərəfədə, ötən ilin sentyabrında məhkəmə qətnaməsi ilə uşaq mənim himayəmə verildi. Beləcə, daha böyük vəzifəyə layiq görülmüş oldum — Atalıq vəzifəsi! Allah bütün balaları qorusun. Hər şey balalara qurban!".

 

Xatırladaq ki, R.Şahhüseynli 2019-cu ildə 1-ci katib vəzifəsi ilə XİN-də diplomatik xidmətə başlayıb. 2023-cü ildə Azərbaycan Respublikasının Yunanıstandakı Səfirliyində 1-ci katib vəzifəsinə təyin olunub. Mətbuatda iddia olunub ki, səfir Arif Məmmədov və yaxın dostu, ikinci katib Qafqaz Aslansoy birlikdə birinci katibi döyüblər və bundan sonra o, işdən kənarlaşdırılıb.

 

Qeyd edək ki, səfirliyin sabiq 1-ci katibi hazırda, elmi-pedoqoji fəaliyyətlə məşğuldur.

 

 

 


OXŞAR XƏBƏRLƏR

Məşhur aktyor oğlunu əlillər evinə yerləşdirəcək

“Oskar” mükafatına namizəd olan aktyor Colin Farrell nadir Angelman sindromu ilə mübarizə aparan oğlu Ceymsi uzunmüddətli müalicə müəssisəsinə köçür...

Hava Limanı yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb....

Elza onların arxiv fotosunu yaydı

Əməkdar artist Elza Seyidcahan sosial şəbəkədə arxiv fotosunu paylaşıb.  Sfera.az xəbər verir ki, illər əvvəl lentə alınan şəkildə Xalq artisti Azərin v...

Leyla Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən paylaşım edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən p...

“TikTok” 530 milyon avro cərimələndi: İstifadəçi məlumatlarını Çinə ötürüb

Avropa İttifaqının (Aİ) fərdi məlumatların tənzimləyicisi “TikTok” sosial media platformasını istifadəçi məlumatlarını Çinə ötürdüyünə və şəffaflıq ...

Zakir Həsənov Afyoncu ilə görüşdü - VİDEO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə Milli Müdafiə universitetləri arasında keçiriləcək Yüksək Dialoq İclasında iştira...