Gürcüstan Baş naziri sabah Ermənistana səfər edəcək

Dünya
17:13 / 29.01.2025
23949
Yanvarın 30-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze və onun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edəcək.
Sfera.az xəbər verir ki, bu barədə "ArmenPress" məlumat yayıb.
Səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş, eləcə də İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın birgə iclası keçiriləcək.