Hakan Fidan: Ortaq coğrafiyada strateji əməkdaşlığa həmişəkindən daha çox ehtiyac duyulur

13:04 / 29.01.2025
8122
Ortaq coğrafiyada inkişafı və rifahı dəstəkləyən strateji əməkdaşlığa həmişəkindən daha çox ehtiyac duyulur.
Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə deyib.
O bildirib ki, Türkiyə bu görüşə ev sahibliyi etməkdən məmnunluq duyur:
"Bu formatdakı görüşlər Türküstan, Qafqaz və Anadolunun iqtisadi, nəqliyyat və enerji əlaqələrini gücləndirmək üçün layihələrin həyata keçirilməsi baxımından önəmli platformadır".