Daha bir təyyarə qəzaya düşdü - ANBAAN VİDEO

Dünya
10:33 / 29.01.2025
14848
Amerikanın beşinci nəsil qırıcısı- F-35 Alyaskadakı Eyelson Hərbi Hava Qüvvələri bazasında qəzaya uğrayıb.
Sfera.az xəbər verir ki, bu barədə “Anchorage Daily News” məlumat yayıb.
Nəşrin məlumatına görə, insident yerli vaxtla günortadan sonra baş verib. Hərbi təyyarə uçuş-enmə zolağına düşüb. Pilot xəsarət almayıb, tibbi müayinədən keçmək üçün xəstəxanaya aparılıb.
Qeyd edək ki, F-35-in dəyəri təxminən 81 milyon dollardır.
Firuzə Əliyeva