Mahmud Kaşqari adına Beynəlxalq Fond şəhidə həsr olunmuş filmi təqdim etdi - FOTO

Mahmud Kaşqari adına Beynəlxalq Fond şəhidə həsr olunmuş filmi təqdim etdi - FOTO

Vətən müharibəsi şəhidi Ramazan Göydağlının xatirəsinə həsr olunmuş portret film ictimaiyyətə təqdim olunub.

 

Sfera.az xəbər verir ki, bu, Mahmud Kaşqari adına Beynəlxalq Fondun 44 günlük Vətən müharibəsində şərəfli yol keçmiş Vətən oğullarına həsr olunmuş xatirə kitabı, “Cəbhə gündəlikləri” memuarı və silsilə portret filmləri layihəsi əsasında baş tutub.

 

Məqsəd gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, gənclərə milli-mənəvi dəyərlərimizin təbliği, Vətənə sevginin ideal nümunəsi kimi şəhidlərin örnək həyatını işıqlandırmaq, kitab səhifələrində, film kadrlarında əbədiləşdirməkdir. Layihənin rəhbəri Milli Məclisin deputatı, Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti Cavanşir Feyziyevdir. Filmin ithaf olunduğu qəhrəman Ramazan Əbülfət oğlu Əliyev Naxçıvanda Culfa rayonunun Kırna kəndində dünyaya göz açıb. “Göydağlı” ləqəbi ona hərbidə olduğu vaxt nümunəvi xidmətlərinə görə Ordubad rayonunun Nürgüt kəndindəki Göydağ dağının şərəfinə verilib. 2016-cı ildə hərbi xidmətini bitirdikdən sonra Ramazan Türkiyə və Qazaxıstanda geniş təcrübə keçib. Vətən müharibəsi başlayan vaxt Ramazan MAHHXHQ kimi döyüşlərə və hərbi əməliyyatlara qoşulub. Füzuli, Cəbrayıl, Hadrut və Qubadlı uğrunda gedən döyüşlərdə hərbi tapşırıqları ən yüksək səviyyədə yerinə yetirib. O, 28 oktyabr 2020-ci ildə Xocalı rayonunun Çanaqçı kəndi uğrunda gedən döyüşlərdə şəhidlik məqamına ucalıb.

 

Ramazan Göydağlı ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

 


OXŞAR XƏBƏRLƏR

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...

Azərbaycanda nazir koronavirusa yoluxdu

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub.   Sfera.az bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Kənd Tə...

Hər yerdən atəş səsləri eşidilir, tanklar küçələrdədir: Liviyada vətəndaş müharibəsi başlayıb

Liviyanın Misrata şəhəri ilə paytaxt Tripoli arasında vətəndaş müharibəsi başlayıb: paytaxtda güclü atışma səsləri eşidilir, küçələrdə isə hərbi texnika görünüb...