Trampın sərt siyasəti Selenanı AĞLATDI: "İnana bilmirəm..." - VİDEO

Trampın sərt siyasəti Selenanı AĞLATDI: "İnana bilmirəm..." - VİDEO

Məşhur müğənni Selena Qomez ABŞ Prezidenti Donald Trampın meksikalı mühacirlərə qarşı sərt siyasətinə görə göz yaşlarına boğulub.

 

Sfera.az bildirir ki, meksika əsilli müğənni bu barədə sosial media hesabında video paylaşıb.

 

O, Meksika xalqından üzr istəyib, xüsusilə uşaqları hədəf alan bu yanaşmanın yanlış olduğunu vurğulayıb: 

 

“Baş verənlərə inanmaq çox çətindir. “Bütün xalqım hücuma məruz qalır. Mən, həqiqətən, kədərlənirəm. Kaş nəsə edə biləydim. "Mən nə edəcəyimi bilmirəm, hər şeyi sınamağa söz verirəm”.

 

Qısa müddətdə milyonlarla baxış toplayan video daha sonra müəyyən səbəblərdən silinib. Video silindikdən sonra “Görünür, insanlara empatiya ilə yanaşmaq düzgün addım deyil” kimi fikir bildirən mesaj paylaşılıb.

 

Qeyd edək ki, Tramp administrasiyası bu yaxınlarda mühacirlərə qarşı siyasətini sərtləşdirib, cənub sərhədində fövqəladə vəziyyət elan edib, qoşun yerləşdirib və sərhəd keçidlərini dayandıran fərman imzalayıb. 

 

Fidan

 


OXŞAR XƏBƏRLƏR

Alkatraz həbsxanası yenidən açılacaq: Tramp sərəncam verdi

ABŞ prezidenti Donald Trampın göstərişi ilə xüsusi təhlükəli cinayətkarlar üçün nəzərdə tutulmuş “Alkatraz” həbsxanası yenidən açılacaq. Qeyd edək k...

Məşhur aktyor oğlunu əlillər evinə yerləşdirəcək

“Oskar” mükafatına namizəd olan aktyor Colin Farrell nadir Angelman sindromu ilə mübarizə aparan oğlu Ceymsi uzunmüddətli müalicə müəssisəsinə köçür...

Hava Limanı yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb....

Elza onların arxiv fotosunu yaydı

Əməkdar artist Elza Seyidcahan sosial şəbəkədə arxiv fotosunu paylaşıb.  Sfera.az xəbər verir ki, illər əvvəl lentə alınan şəkildə Xalq artisti Azərin v...

Leyla Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən paylaşım edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən p...

“TikTok” 530 milyon avro cərimələndi: İstifadəçi məlumatlarını Çinə ötürüb

Avropa İttifaqının (Aİ) fərdi məlumatların tənzimləyicisi “TikTok” sosial media platformasını istifadəçi məlumatlarını Çinə ötürdüyünə və şəffaflıq ...