Azərbaycan niyə Yeni Kaledoniyanı dəstəkləyir? - Emin Əfəndi yazır…

Azərbaycan niyə Yeni Kaledoniyanı dəstəkləyir? - Emin Əfəndi yazır…

Kristian Karambeu – dünya futbolunun əfsanəsi, meydanlarda qazandığı uğurlarla tanınan bir ulduz. Amma onun adı təkcə futbolla bağlı deyil. Çünki Karambeu əsrlərdir haqsızlıqla üzləşən, hüquqları tapdalanan bir xalqın – kanakların nümayəndəsidir. Hətta iki yaxın qohumunun başından güllələnərək öldürülməsi kimi faciələr onun xalqının yaşadığı zülmün nə qədər ağır olduğunu göstərir.

 

Bəs Karambeunun mənsub olduğu Yeni Kaledoniya haradır və nə üçün biz, azərbaycanlılar, bu ölkəyə diqqət yetiririk? Gəlin, çox sadə dillə izah edək. Yeni Kaledoniya Cənubi Sakit okeanda yerləşən adalar qrupudur. İlk dəfə bu əraziləri 1774-cü ildə məşhur səyyah Ceyms Kuk kəşf edib və bu yerləri Şotlandiyadakı Kaledoniya ilə oxşarlığına görə belə adlandırıb. Uzun müddət müxtəlif dənizçilərin maraq dairəsində olan bu adalar 1853-cü ildən Fransanın nəzarəti altına keçib.

 

Fransa Yeni Kaledoniyanı sadəcə uzaq bir ərazi kimi deyil, iqtisadi resurslarla zəngin bir bölgə kimi görür. Burada əsasən nikel mədənləri istismar olunur. Amma bu zənginlik yerli xalq – kanaklar – üçün heç bir xeyir gətirməyib. Fransanın gəlişindən sonra kanakların torpaqları əlindən alınıb, özləri isə istismar olunub və ikinci dərəcəli vətəndaşa çevriliblər. Yəni, öz torpaqlarında tam hüquqsuz bir xalq kimi yaşamağa məcbur ediliblər.

 

 

Son illərdə isə vəziyyət daha da gərginləşib. Yeni Kaledoniya xalqı azadlıq uğrunda mübarizə aparmağa başlayıb. Dəfələrlə referendum keçirilib, amma hər dəfə Fransa bu prosesləri öz xeyrinə manipulyasiya edib. Xalqın böyük hissəsi – xüsusilə kanaklar – artıq bu referendumlardan imtina edir, çünki səsvermənin ədalətli olmayacağına inanırlar. Buna cavab olaraq Fransa adada güc tətbiq edir, etirazları zorakılıqla yatırır.

 

Bəs Azərbaycan niyə Yeni Kaledoniyanı dəstəkləyir? Çünki biz öz tariximizdən bu haqsızlığı çox yaxşı başa düşürük. Uzun illər Rusiya imperiyasının tərkibində olan Azərbaycan da eyni hüquqsuzluqlarla üzləşib. Biz də öz torpaqlarımızda müstəqil olmaq uğrunda mübarizə aparmışıq. Ona görə də başqalarının azadlıq mübarizəsini dəstəkləmək bizim üçün yalnız siyasi yox, həm də mənəvi bir məsələdir.

 

Son günlərdə Yeni Kaledoniyada Azərbaycan bayrağının dalğalanması da bunun bir sübutudur. Bu, həm Yeni Kaledoniya xalqına, həm də dünyaya bir mesajdır: Azərbaycan azadlıq uğrunda mübarizəni dəstəkləyir və ədaləti müdafiə edir.

 

Yeni Kaledoniya üçün bu mübarizə nə ilə nəticələnə bilər? Əgər bu xalq müstəqillik əldə etsə, bu, yalnız Yeni Kaledoniyanın deyil, dünyanın bir çox başqa kolonial əsarət altında qalan xalqlarının mübarizəsi üçün stimul olacaq. Fransanın nəzarətində olan Polineziya, Qvadelupa, Martinika kimi ərazilərdə də bənzər mübarizələrin başlama ehtimalı çox yüksəkdir.

 

Biz, azərbaycanlılar, yaxşı bilirik ki, azadlıq heç vaxt asan başa gəlmir. Amma prinsipiallıq, dəstək və ədalətə inam hər şeyi dəyişə bilər. Bəs Karambeunun fikrincə, xalqı üçün nə ümid var? Bəlkə də, o, öz meydan qələbələri ilə yanaşı, bir gün xalqının azadlığına da şahid olacaq – və bu, onun ən böyük qələbəsi olacaq.

 

Emin Əfəndi

 

Yazıları Emin Əfəndinin teleqram kanalından izləyə bilərsiniz: //t.me/efendi19


OXŞAR XƏBƏRLƏR

UEFA məşhur klubları milyonlarla avro cərimələdi

UEFA klubları maliyyə feyr-pley qaydalarını pozduğuna görə cərimələyib.   Sfera.az xəbər verir ki, qurumun saytı bu barədə məlumat yayıb. ...

Suriyada meşə yanğınları ciddi ziyan vurdu

Suriyanın qərbində başlayan meşə yanğınları Lataqiya əyalətinə ciddi ziyan vurub.   Sfera.az xəbər verir ki, məlumatı “Syria TV” yayıb. ...

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşü böyük tarixi hadisədir

4 iyul 2025-ci il tarixində Azərbaycanın tarixi şəhəri olan Xankəndi beynəlxalq əhəmiyyətli tədbirə — İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə g...

Aşurada kimlər qan verə bilməz?

Bu gün Azərbaycanda Məhərrəm ayının ən önəmli günlərindən biri, Aşura günü qeyd olunur.   Hicri təqvimə əsasən, Aşura İmam Hüseynin və Kərbəla şəhid...

Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərba...

Ölkədəki psixi xəstələrin sayı AÇIQLANDI

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə psixi və davranış pozuntuları olan xəstələrin (psixoaktiv maddələrin qəbulu ilə bağlı pozuntular istisna...