Hədə-qorxu və şantaj edənləri hansı cəza gözləyir? - Vəkildən AÇIQLAMA

Hədə-qorxu və şantaj edənləri hansı cəza gözləyir? - Vəkildən AÇIQLAMA

“Şantaja məruz qalan vətəndaş dərhal polisə müraciət etməlidir”.

 

Sfera.az bildirir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib. O, vətəndaşlara bu problemin həllini gecikdirməməyi tövsiyə edib: “Bir dəfə şantaja görə qorxub, çəkinib pul verilsə, davamı olacaq”.

 

Qeyd edək ki, bu gün  vətəndaş barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 19500 manat pul tələb edən 51 yaşlı Bəhlul Şıxalıyev Hacıqabulda saxlanılıb.

 

Maraqlıdır, şantaj edən, hədə-qorxu gələn şəxsləri qanunvericiliklə hansı cəzalar gözləyir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə  deyib ki, müəyyən hallarda hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibi yarana bilər. Müsahibimiz  Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə istinad edib:

 

 

“Belə ki, bu maddəyə əsasən, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə— üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hədə-qorxu ilə tələb etmənin üsullarından biri olan zərərçəkmiş şəxs və onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma hədəsində məlumatların həqiqətən rüsvayedici olub-olmamasının, onun həqiqətə uyğun olub olmamasının əhəmiyyəti yoxdur. Başlıcası odur ki, zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır və onların yayılacağı halda özünün ləkələnəcəyini düşünür. Belə məlumatlara şəxsin intim həyatı ilə bağlı məlumatlar, onun törətdiyi hüquq pozuntusu barədə məlumatlar və sair aid edilə bilər”.

 

T.Abdullazadə qeyd edib ki, burada hədə konkret olaraq şəxsin mənzilinə, avtomobilinə, pul vəsaitinə yönəlmiş olmalıdır:

 

"Yəni, hədə zərərçəkmiş şəxs tərəfindən real və həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Belə hədə zərərçəkmiş şəxsə müxtəlif üsullarla və formalarda çatdırıla bilər. Bu cinayətin subyekti 14 yaşına çatmış hər hansı anlaqlı fiziki şəxsdir. Belə ki, cinayət törədənin 14 yaşının tamam olması kifayətdir ki, törətdiyi əmələ görə məsuliyyətə cəlb olunsun. Qeyd olunan əməl formal tərkibli cinayət olduğundan hədənin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab olunur və cinayət məsuliyyətinə cəlb olunması üçün əsas yaradır. Lakin bu kimi şəxslər öz çirkin niyyətlərini bir çox hallarda saxta profillər, saxta istifadəçi adlar üzərindən etdiyi üçün onların aşkar olunması o qədər də asan olmur. Şəxsiyyəti bəlli olmayan, anonim şəxslərin məsuliyyətə cəlb olunması olduqca çətindir.  Ona görə də vətəndaşlara tövsiyyə olunur ki, tanımadıqları və saxta profillərlə, saxta istifadəçi adlarla yazan şəxslərlə öz şəxsi və ailə həyatı sirrinə aid olan məlumatları bölüşməsinlər”.

 

Günay Rəsulqızı  


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda kişi keçmiş sevgilisinə görə iki nəfəri bıçaqladı

Şirvan şəhər sakini keçmiş sevgilisinə görə iki nəfəri bıçaqlayıb.   Hadisə şəhərin Heydər Əliyev prospekti, 58 ünvanında baş verib. Şəhər sakini Elx...

Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi

İtaliyanın Peruca şəhərində keçirilən Kunq Fu üzrə Dünya Çempionatında Azərbaycan idmançısı Əminə Əliyeva finala vəsiqə qazanıb.   Sfera.az xəbər ver...

“Avroviziya”da erməni təxribatının qarşısı alındı

Ötən gün keçirilən ikinci yarımfinalın məşqlərində Ermənistan təmsilçisinin çıxışı üçün hazırlanan səhnəcikdə arxa fonda iki böyük qurğu yerləşdirilmişdi. &n...

Sahibə Qafarova Papanın andiçmə mərasimində iştirak edəcək

Mayın 17-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Roma Papası XIV Leonun rəsmi andiçmə mərasimində iştirak etmək üçün...

Dəhşətli dolu və daşqınlar nəticəsində İspaniya su altında qaldı - FOTO

İspaniyanın kurortları yenidən su altında qalıb. Turistik bölgələri nadir və təhlükəli təbiət hadisəsi nəticəsində su basıb.    Sfera.az bildiri...

Ərdoğan Tokayevlə danışdı: Nələr müzakirə olundu?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevlə telefon danışığı aparıb.   Sfera.az xəbər verir ki, bu barədə &ld...