Kamran Əliyev:Azərbaycanda qeydə alınan cinayətlər azalıb

Kamran Əliyev:Azərbaycanda qeydə alınan cinayətlər azalıb

Keçən il Azərbaycanda qeydə alınan cinayətlər azalıb.

 

Sfera.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib. Baş prokuror bildirib ki, ötən il 2023-cü illə müqayisədə 3 min 432 (9,3%) fakt cinayət az qeydə alınıb.

 

Həmçinin, əlavə edilib ki, keçən il ölkə ərazisində 33 min 379 cinayət qeydə alınmaqla onların 87,6 faizinin açılması təmin edilib, ümumilikdə ölkə üzrə cəmi 17 min 155 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1 086-sı prokurorluq orqanlarında istintaq edilib.

 

Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 928 şəxs barəsində 735 cinayət işi, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 14 min 983 şəxs barəsində 13 min 551 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.


OXŞAR XƏBƏRLƏR

Cərrahi əməliyyata gedən qazi niyə komaya düşüb?- AÇIQLAMA

Vətən müharibəsinin iştirakçısı Sübhan Hüseynov komaya düşüb. Ötən ay kista diaqnozu ilə Ucar Rayon Mərkəzinə Xəstəxanasına əməliyyat üçün müraciət edən Sübhanı...

Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir

İstanbulun Beykoz Respublika Prokurorluğu Türkiyənin tanınmış geoloqu və akademiki Celal Şengörün həbs edilməsi tələbi ilə ona qarşı ittiham aktı hazırlayıb. ...

Rusiya klubunun məşqçisinə cinayət işi açıldı

Ukrayna millisinin sabiq kapitanı, hazırda Sankt-Peterburqun “Zenit” klubunun məşqçi heyətində çalışan Anatoli Timoşuk barəsində cinayət işi açılıb....

Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarının davam etdirilməsi üçün səy göstərəcək

Türkiyə Rusiya və Ukrayna arasında danışıqların davam etdirilməsi üçün səy göstərəcək.   Sfera.az “Anadolu” agentliyinə istinadən xəbər v...

"Barselona" və "Real" bu futbolçu ilə maraqlanır

İspaniyanın "Real" və "Barselona" klubları İngiltərə təmsilçisi "Kristal Pelas"da çıxış edən futbolçu Mark Qehi ilə maraqlanır. ...

Sabah Mədəniyyət Nazirliyinin tabeliyindəki muzeylərdə "açıq qapı" günü olacaq

Sabah 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyindəki muzeylərdə "açıq qapı" günü olacaq.   Bu barədə ...