Neftçalada ağır qəza: xəsarət alanlar var

Hadisə
23:48 / 26.01.2025
9793
Neftçala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə Bankə qəsəbəsində qeydə alınıb.
Qəza zamanı xəsarət alan 18 yaşlı Nuranə Məmmədova və 17 yaşlı Aybəniz Fətullayeva Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara təcili tibbi yardım göstərilib. Xəsarət alanlardan A.Fətullayeva Bakıdakı xəstəxanalardan birinə təxliyə olunub. Faktla bağlı araşdırma aparılır.