Uşaqların böyüməsinin qarşısını alan amillər açıqlandı


Uşaqların böyüməsinin qarşısını alan amillər açıqlandı

Uşaqlarda boyun qısa olması təkcə genetik və ya yanlış qidalanma ilə bağlı deyil, bəzi sağlamlıq problemləri və ya gündəlik vərdişlər də bu vəziyyətə səbəb ola bilər.

 

Sfera.az Baku TV-yə istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, sağlam qidalanma, yuxu rejimi və müntəzəm fiziki fəaliyyət uşağın böyüməsində ən vacib amillərdir. Bununla yanaşı, genetik potensial və emosional vəziyyət də nəzərə alınmalıdır.

 

Boy qısalığının bəzi hallarda xroniki xəstəliklərin əlaməti ola biləcəyini vurğulayan ekspertlər uşaqların müayinəsinin sistemli şəkildə aparılmasının vacibliyini bildiriblər. Əgər boy qısalığı çəki itkisi ilə müşahidə olunursa, bu, protein və enerji çatışmazlığı, ya da bağırsaq pozğunluqları kimi problemlərdən qaynaqlana bilər.

 

Uşaqların qidalanmasında onların yaşına uyğun kalori tələbatını qarşılamaq, balanslı və təbii qidalarla təmin etmək əsas şərtdir. Rafinə olunmuş və balanssız qidalanmadan uzaq durmaq tövsiyə edilir.


OXŞAR XƏBƏRLƏR

İran döyüş vəziyyətində - Hədəf kimdir?

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri bildirib ki, İran ordusu və İnqilab Keşikçiləri Korpusu (Sepah) hazırda Hörmüz boğazı...

“Tramp sülhün müəllifi kimi tarixə düşmək istəyir” - Ekspert

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də İstanbulda Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə keçiriləcək danışıqlara ABŞ Prezidenti Donald Trampı...

"Son zəng"lə bağlı XƏBƏRDARLIQ

"Son günlər kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə müvafiq məktəb üzrə baş verən neqativ haldan (207 saylı məktəbin direktorunun "Son z...

Ərzaq məhsullarından ən çox meyvə və tərəvəzlər bahalaşıb - Müqayisə

2025-ci ilin aprelində ərzaq məhsulları arasında aylıq müqayisədə ən çox bahalaşma meyvə və tərəvəzlərdə qeydə alınıb.  Sfera.az rəsmi dövlət statisti...

Doktoranturaya sənəd qəbulu başladı

13 may saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılıb.   Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliy...

"102 min şagird 1-ci sinfə qəbul olunub" - Eşqi Bağırov

Artıq 102 min şagird 1-ci sinfə qəbul olunub.   Sfera.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlə...