Premyer Liqa: "Neftçi" və "Qarabağ" növbəti dəfə üz-üzə gəlir


Premyer Liqa: "Neftçi" və "Qarabağ" növbəti dəfə üz-üzə gəlir

"Neftçi" və "Qarabağ" Misli Premyer Liqasında növbəti oyunlarını bu gün keçirəcəklər.

 

Sfera.az xəbər verir ki, paytaxt təmsilçisi XX turda "Araz-Naxçıvan"la üz-üzə gələcək.

 

Qarşılaşma saat 16:00-da start götürəcək. "Ağ-qaralar" 18 xalla yeddinci, Naxçıvan klubu 39 xalla ikinci pillədə qərarlaşıb.

 

Tura "Qarabağ" - "Turan Tovuz" matçı ilə yekun vurulacaq. Görüş saat 18:30-da başlayacaq. Ağdam təmsilçisi 50 xalla liderdir. Qonaqlar 32 xalla 4-cü sıradadır.

 

Misli Premyer Liqası
IlI dövrə, XX tur
26 yanvar
16:00. “Araz-Naxçıvan” – “Neftçi”

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: İmanxan Sultani.
"Liv Bona Dea Arena"

 

18:30. “Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ceyhun Haşımov.
Tofiq Bəhramov adına Respublika stadionu

 

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Şamaxı"nı 2:1, "Səbail" evdə "Kəpəz"i 1:0 hesabı ilə üstələyib. "Sabah" - "Sumqayıt" matçında hesab açılmayıb.


OXŞAR XƏBƏRLƏR

“Tramp sülhün müəllifi kimi tarixə düşmək istəyir” - Ekspert

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də İstanbulda Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə keçiriləcək danışıqlara ABŞ Prezidenti Donald Trampı...

"Son zəng"lə bağlı XƏBƏRDARLIQ

"Son günlər kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə müvafiq məktəb üzrə baş verən neqativ haldan (207 saylı məktəbin direktorunun "Son z...

Ərzaq məhsullarından ən çox meyvə və tərəvəzlər bahalaşıb - Müqayisə

2025-ci ilin aprelində ərzaq məhsulları arasında aylıq müqayisədə ən çox bahalaşma meyvə və tərəvəzlərdə qeydə alınıb.  Sfera.az rəsmi dövlət statisti...

Doktoranturaya sənəd qəbulu başladı

13 may saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılıb.   Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliy...

"102 min şagird 1-ci sinfə qəbul olunub" - Eşqi Bağırov

Artıq 102 min şagird 1-ci sinfə qəbul olunub.   Sfera.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlə...

Trampın Yaxın Şərq turu başladı - İlk bu ölkəyə gedib

ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik dövründə ilk xarici səfər turuna çıxıb. Trampın Yaxın Şərq turunun ilk dayanacağı Səudiyyə Ərəbistanı olub. &...