Hərbi vəzifəlilərin məşğələləri davam edir - FOTOLAR

Hərbi vəzifəlilərin məşğələləri davam edir - FOTOLAR

2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir. 

 

Müdafiə Nazirliyindən Sfera.az-a bildirilib ki, plana uyğun olaraq, hərbi vəzifəlilərin nizam-intizamını və mənəvi-psixoloji vəziyyətini artırmaq məqsədilə ictimai-siyasi hazırlıq məşğələləri keçirilib.

 

Məşğələlər tibb hazırlığı üzrə şəxsi heyətin maarifləndirilməsi və fəaliyyətlər zamanı ilkin tibbi yardımın düzgün və vaxtında göstərilməsi üçün praktiki məşqlərin yerinə yetirilməsi ilə davam edib.

 

Sonra təlimə cəlb olunan heyətlə atəş hazırlığı məşğələləri keçirilərək, onlara atıcı silahların və əl qumbaraatanlarının taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları öyrədilib və praktiki atış çalışmaları icra edilib.

 

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışının əsas məqsədi ehtiyatdan çağırılanların bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, praktiki vərdişlərinin təkmilləşdirilməsi sayəsində döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasıdır.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...