SOCAR: Son illərdə estakadaların istismarı tədricən məhdudlaşdırılmağa başlanıb

SOCAR: Son illərdə estakadaların istismarı tədricən məhdudlaşdırılmağa başlanıb

SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun rəhbərliyi ilə fəaliyyət göstərən işçi heyət N.Nərimanov və Neft Daşları Neft-Qaz Çıxarma İdarələrinin dəniz özüllərində olub.

SOCAR-dan Milli.Az-a verilən məlumata görə, idarələrin istismarında olan "Bulla-dəniz" və "Neft daşları" yataqlarında istehsalat obyektlərinə baxışlar keçirilib, infrastrukturların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm qərarlar verilib, işçilərin daha təhlükəsiz meydança və özüllərdə yerləşdirilməsi üçün tədbirlər planı hazırlanıb. Keçirilmiş baxış və səyyar müşavirələrdə dəniz özüllərinin, qəza riskli estakadayanı meydançaların, hidrotexniki qurğu və kommunikasiya qovşaqlarının mövcud vəziyyəti ətraflı müzakirə olunub, əmək təhlükəsizliyinin daha etibarlı təminatı üçün zəruri tədbirlərin gücləndirilməsi və mövcud nöqsanların aradan qaldırılması yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.

İşçi heyətin üzvləri, eyni zamanda, "Neft Daşları" yatağında tikintisi başa çatdırılmış 2A saylı İriləşdirilmiş Neftyığma Məntəqəsi ilə tanış olub, "Bulla-dəniz" yatağının 6 saylı özülündə qazılmaqda olan 78 nömrəli quyuda qazma işlərinin keyfiyyəti və özüldə təhlükəsizliyin təmin olunmasına nəzarət məsələləri ilə maraqlanıblar.

SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Y.Lətifovun, "Azneft" İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərovun, SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəisi Rüfət Səfərovun, eləcə də aidiyyəti mütəxəssislərin iştirakı ilə keçirilmiş müşavirə zamanı dəniz özüllərində neftyığma məntəqələrinə birləşən və istismar olunmayan estakadaların kəsilərək, məntəqələrdən ayrılması; qəza riski müəyyən edilmiş meydançalardan işçi personalın ən qısa zamanda tam çıxarılması; yenilənməsi nəzərdə tutulan qazyığma məntəqəsində işçi sayının minimallaşdırılması; meydançalara gələn sualtı xətlərin dik borularının kəsilərək, suyun altında birləşdirilməsi; yığım-nəql xətlərinin bərkidilməsi, habelə neft-qazyığma məntəqələrində təmir işlərinin sürətləndirilməsi qərara alınıb, müvafiq tapşırıqlar verilib. İşçilərin təhlükəsizliyinin SOCAR üçün ən yüksək prioritet olduğu, təhlükəsizliyin təminatı məqsədilə tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyi bir daha vurğulanıb. Müşavirədən dərhal sonra təhlükəsizliyin gücləndiriməsi üzrə tədbirlər planının həyata keçirilməsinə start verilib.

Ümumiyyətlə, estakadalar şəbəkəsinin səmərəsizliyini və qəza riskini nəzərə alaraq, son illərdə estakadaların istismarı tədricən məhdudlaşdırılmağa başlanıb. 2014-cü ildən bəri istifadəyə tam yararsız olan estakadalar istismardan çıxarılaraq, yalnız işlək olan neftyığma məntəqələrindən istifadə edilirdi. Təhlükəsizliyin təmin olunması üçün qəza riskli estakadaların istismardan çıxarılması, neftyığma məntəqələrinin isə bərkidilməsi həyata keçirilirdi.

Xatırladaq ki, dekabrın 15-də N.Nərimanov adına NQÇİ-nin 3 saylı neftyığma məntəqəsində istismar olunmayan estakadanın bir hissəsi güclü tufan nəticəsində uçaraq işlək neftyığma məntəqəsini də dənizə uçurmuşdu. Odur ki, istismar olunmayan estakadaların işlək olan neftyığma məntəqələrindən kəsilərək, tam ayrılması təhlükəsizliyin gücləndirilməsi məqsədilə əlavə tədbir kimi nəzərdə tutulub və bu istiqamətdə aparılan işlərin icrası ilə bağlı xüsusi tapşırıqlar verilib.


OXŞAR XƏBƏRLƏR

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...

Yaponiyada artıq çəkili olmaq həqiqətən qadağandırmı?

Yaponiyada artıq çəkidən əziyyət çəkən şəxslərin vergiyə cəlb edilməsi və ya artıq çəkili olmanın qeyri-qanuni hesab edildiyi barədə şayiələr zaman-zaman yenidə...