Ölümlər artacaq, həkim tapılmayacaq - Kardioloqdan AÇIQLAMA

Ölümlər artacaq, həkim tapılmayacaq - Kardioloqdan AÇIQLAMA

Dünyanın hər yerində universitetə qəbul imtahanlarında ən yüksək giriş balı tibb təhsilindədir. Yəni bütün ölkələrdə ən çalışqan və zəkilər həkim olur”.

 

Sfera.az bildirir ki, bunu tibb üzrə fəlsəfə doktoru, kardioloq Üzeyir Rəhimov  deyib. O, ölkədən “beyin köçü” ilə bağlı məsələyə toxunub:

 

“Son 20 ildə Tibb Universitetindəki oğlan sayı ciddi azalıb, çünki əksəriyyəti Türkiyə Respublikasına və s. gedirlər. Burda oxuyanlar Azərbaycanın ən zəki, amma maddi vəziyət səbəbindən xaricə gedə bilməyənlərdir. Yenə bu qalan hissənin böyük qismi 6 illik tibb təhsilindən sonra qardaş Türkiyəyə və digər ölkələrə üz tuturlar. Ona görə də rezidentura zamanı yetərincə həkim olmur. Rezidenturanı burada bitirmək məcburiyyətində qalanların bir qismi də bütün vasitələrə əl ataraq ölkədən çıxırlar. Yeni nəsil artıq rahat həyat istəyir ki, bu, həkimlikdə heç vaxt olmur. Buna xarici ölkələrə üz tutan övladlarımızın orada əcnəbilərlə ailə həyatı qurub ölkə demoqrafiyasına təsirini də əlavə etsək, faciənin həcmi aydın olar…Başda bu, məni narhat edirdi, ölkəmizə və xalqımıza xidmət edə bilərdilər”.

 

Kardioloq qeyd edib ki, həkimlik peşəsinin çətinliyi, bütün günü şikayətlə dolu insanları dinləmək, bəzilərini sağalda bilməmək, bəzilərini itirmək, bəzən döyülmək, sosial mediada hər zaman söyülmək və s. kimi məsələlər hər kəsə bəllidir:

 

“Bununla sizi yormaq istəmirəm. Hər ölən xəstəmlə bir parçam ölüb, günlərcə “daha nə edə bilərdik” sualları ilə içimi yemişəm. Buna rəğmən, yenə də ölkəm üçün bir şeylər etməyə çalışmışam. Bu arada, əksər həkimlərin həkimdən başqa dostu yoxdur və bir araya gəldiklərində də ancaq tibbdən danışırlar. Yəni asosial insanlarıq və həyatımız ortalamadan qısa olur. Bütün bunların üzərinə bir də bir həkimin həbs edilməsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi. Ürək həkimi olduğum üçün çox xəstə itirmişəm, əfsuslar olsun ki, bundan sonra da itirəcəm. Bütün həkimlərin əlində ağırlaşmalar və ölümlər olacaq. Sonunda bir bəndəyik və nə qədər çalışsaq da, hər kəsi qurtara bilmərik. Buna görə məni həbs etsələr, yəqin ki, ömürlük verməlidirlər.  Bu işin sonunda artıq həkimlər çətin və ağır xəstələri almayacaqlar. Bu, ölümlərin artmasına, ömrün qısalmasına səbəb olacaq. Xarici ölkələrə üz tutan həkim sayı daha da artacaq və geri dönməyəcəklər. Onsuz da çətinliyinə görə son zamanlar az seçildiyi üçün və gənclərin rahat həyat istəmələri səbəbiylə universitetlərdəki tələbələrin sayı da azalacaq. Bir sözlə, həkim tapmayacağıq. Papağımızı qabağımıza qoyub son dəfə düşünməliyik”.

Türkan 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...