Azərbaycanda Mixail Qorbaçovun tərəfdarı peyda olub - VİDEO

Azərbaycanda Mixail Qorbaçovun tərəfdarı peyda olub - VİDEO

Bu günlərdə Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri, ictimai fəalları, 20 Yanvar şəhidlərinin ailə üzvləri, 20 Yanvar veteranları Norveç Nobel Komitəsinin sədrinə və üzvlərinə Açıq Məktub ünvanlayaraq Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşımasını bu mükafatın tarixində ən böyük ədalətsizlik adlandırıblar.

 

Sfera.az xəbər verir ki, müraciətdə bu qara ləkəni təmizləmək, Azərbaycan xalqına qarşı yol verilmiş haqsızlığı aradan qaldırmaq, Mixail Qorbaçovun həmin mükafatdan məhrum edilməsi tələb olunub.

 

Bu kütləvi müraciət Rusiyada müəyyən hakim dairələri ciddi narahat edib. Daim Kremlin Bakıdakı təbliğatçısı rolunda çıxış edən, SSRİ xiffəti ilə yaşayan, bütün fəaliyyəti ilə 20 Yanvar fəlsəfəsinə zidd olmasına baxmayaraq, hansısa gizli himayə vasitəsilə 2024-cü ilədək "20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyinin sədri kimi fəaliyyət göstərməyə nail olmuş Maral Zamanova (Maral Qocaman) bu müraciətin əleyhinə çıxaraq, Mixail Qorbaçovdan bu mükafatın alınmasına qarşı çıxıb. O, sosial mediada 20 Yanvar şəhidlərinin ailə üzvləri, 20 Yanvar veteranlarına video ilə müraciətində belə deyib: "Niyə indi? Niyə məhz Azərbaycan Rusiya ilə müttəfiq olandan sonra? Bizim Qələbə, Zəfər günümüzdə Azərbaycan bayraqları ilə Rusiya bayraqları dalğalandı. Mənə "rusbaş" da deyə bilərsiniz. Amma ki, mən sülh tərəfdarıyam. Ruslar çəkiləndən sonra hamımız bilirik ki, Qarabağımız geri alındı".

 

Əvvəla, Maral Zamanova (Qocaman) bilməlidir ki, Qarabağ zəfəri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin tarixi qələbəsidir. Qarabağ Rusiyanın Azərbaycana hədiyyəsi deyil, minlərlə Vətən övladı bu torpaqların azad edilməsi üçün qan töküb, şəhid olub, əlillik qazanıb. Heç kimin bu əməyi yerə vurmağa ixtiyarı çatmır.

 

 

 

Maral Zamanovanın (Qocamanın) öz atası 20 Yanvar hadisəsində şəhid olsa da, o, 20 Yanvar cinayətkarlarının cəzalandırılmasını tələb edənləri "Azərbaycanın düşməni" adlandırıb və deyib ki, Norveç Nobel Komitəsinə müraciət təşkil edəcək ki, Qorbaçova qarşı olanların fikirlərinə şərik deyillər: "Bu gün siz Azərbaycanın bir nömrəli düşmənisiniz. Çünki Azərbaycanda sakitlikdir, əmin-amanlıqdır, siz gedib başlamısınız rusu qaşımağa. Nə idi fikriniz, özü də bizim adımızdan istifadə edirsiniz. Biz məktubumuzu yazacağıq, lazım olan yerdə ictimailəşdirəcəyik də. Press-konfrans çağırıb hamımız bildirəcəyik ki, bizim bu işdə əlimiz yoxdur. Niyə indi rusla düşmən olmaq istəyirsiniz?".

 

 

 

Həqiqətən də, 35 il gözlədikdən sonra Maral Zamanovanın məhz indi - Rusiya tərəfindən vurulmuş AZAL təyyarəsinin kompensasiyasının ödənilmədiyi, günahkarının cəzalandırılmadığı, əhalinin Moskvaya qarşı qəzəbli olduğu bir şəraitdə Rusiyanın bu cür açıq müdafiəsinə qalxması düşündürücüdür.

 

İnternetdə axtarış zamanı saxtakarlıq edərək hələ də özünü "20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyinin sədri kimi təqdim edən, "reket QHT" təmsilçisi kimi tanınan Maral Zamanovanın (Qocamanın) 20 Yanvar şəhidlərinin ailə üzvlərini aldatması, onların etibarından sui-istifadə etməsi barədə xeyli materiala rast gəldik.

 

Azərbaycanın kütləvi informasiya vasitələrində bir qədər əvvəl belə çağırış yer almışdı: ""SSRİ sevgisi"ni gizlətməyən Maral Qocamanın xarici dairələrin əlində alət kimi istifadə edilməsi ehtimalı da diqqətlə araşdırılmalıdır".

 

Həmin dairələrin bir "Ай, молодец!"i üçün öz xalqının maraqlarını tapdayanlar, dönüklər üçün müqəddəs heç nə olmur.

 

(milli.az)


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...