Sabah Yer kürəsini maqnit qasırğası vuracaq


Sabah Yer kürəsini maqnit qasırğası vuracaq

Yanvarın 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək.

 

Sfera.az-ın xəbərinə görə, bunu Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyasının rəsmi saytında təqdim olunan qrafiklər göstərir.

 

Həmçinin "Podmoskovye segodnya" internet nəşri maqnit qasırğasının saatlar üzrə proqnozunu təqdim edib.

 

Təqdim olunan məlumatlara əsasən, maqnit sferasının kiçik dalğalanması yanvarın 24-də saat 15:00-da (Bakı vaxtı ilə 16:00-da) başlayıb gecəyarısına qədər davam edəcək. Yanvarın 25-də isə saat 0:00-dan 3:00-dək (Bakı vaxtı ilə 1:00-dan 4:00-dək) maqnitosfer qırmızı zonaya qalxacaq, lakin G1 səviyyəsinə çatmayacaq (zəif qasırğa).

 

Yanvarın 25-də saat 3:00-dan 6:00-dək (Bakı vaxtı ilə 4:00-dan 7:00-a qədər) maqnitosfer sakit vəziyyətdə olacaq, lakin saat 6:00-dan (Bakı vaxtı ilə 7:00-dan) etibarən göstəricilər, demək olar ki, G2 səviyyəsinə (orta qasırğa) qalxmağa başlayacaq. Saat 9:00-dan (Bakı vaxtı ilə 10-dan) etibarən dalğalanma səngiməyə başlayacaq, 12:00-da isə sarı zonada olacaq. Maqnit qasırğasının təxminən altı saat sonra, saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) sona çatacağı gözlənilir. (Oxu.az)


OXŞAR XƏBƏRLƏR

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...