Xalq artisti imicini dəyişdi - FOTO

Xalq artisti imicini dəyişdi - FOTO

Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə imicini dəyişib.

 

Sfera.az xəbər verir ki, pop ulduz uzun sarı saçlarını dəyişərək, qısa qəhvəyi tonlarına keçib. Müğənni yeni imicində kamera qarşısına keçib. Estrada ulduzunun klassik Hollivud filmləri tərzində olan fotosessiyasını fotoqraf Anfisa Bessonova gerçəkləşdirib.

 

Əsrarəngiz görünən Xalq artistinin saçları üzərində məşhur stilist Fərid Bağırov çalışıb.

 

Ağayevanın fotosessiyasındaki stylingini stilist Şamxal Ramazanlı edib. Ağlara bürünən pop ulduzun geyimi “Jamaloff’s Couture” aiddir. 

 

Makiyaj və saç düzümü üzərində stilist Sabir Bağırov çalışıb.

 

Layihənin prodüseri isə Yalçın Cabbarovdur.

 

Xalq artisti Tünzalə Ağayeva imicinin belə tez dəyişməsini belə açıqlayıb: “Saç tərzimin belə tez dəyişməsini mənim sevənlərim istədi. Bir çox pərəstişkarım məni qısa və tünd rəngli sevib. Bu baxımdan hər zaman olduğu kimi Fərid Bağırov və onun komandasına dərin təşəkkürümü bildirirəm. Lalə və Romana da minnətdaram ki, növbəti dəfə uğurlu işə imza atdılar. Bu fotosessiyanın tərzi klassik Hollivud filmləridir. Bizim istəyimiz yeni imici məhz belə mükəmməl fotosessiya ilə tamaşaçılarımıza göstərmək idi. Qeyd edim ki, fotosessiyanın ideya müəllifi də şəxsi stilistim Şamxaldır”.

 

Sözügedən yeni fotosessiyanı təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR

Aygün Mirzəyevaya hökm oxundu

Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevaya hökm oxunub.   Sfera.az xəbər verir ki, keçmiş bələdiyyə sədri Lənkəran Rayon Məhkəməsi tərəfi...

Dayə qiymətlərinə görə övladına özü baxacaq

Bir neçə müddət öncə ana olan aktrisa Pınar Dəniz bahalı dayə qiymətlərindən şikaətlənib.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki...

"Birbank"ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışması başa çatdı

Maliyyə xidmətləri ilə yanaşı gənclərin bilik və bacarıqlarının inkişafına yönələn layihələrlə gündəmə gələn Birbank hazırlıqlı, bilikli mütəxəssislərin əmək ba...

İqtisadi Şuranın iclası olub - Sahil Babayevin təqdimatı dinlənilib - FOTO

İqtisadi Şuranın növbəti iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verib.   Məlumata əsasən, iclasd...

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı &ld...

FİFA və UEFA-nın AFFA-ya nə qədər vəsait ayırdığı MƏLUM OLDU

Azərbaycanda futbolun və onun idarəetmə sisteminin inkişafına nail olmaq üçün UEFA-nın "Hat-Trick" Həmrəylik proqramları çərçivəsində 2023/2024 və 202...