Varlılar nüvə müharibəsindən belə qorunacaqlar - “Dəbdəbəli qiyamət qalası” İNŞA EDİLİR

Varlılar nüvə müharibəsindən belə qorunacaqlar - “Dəbdəbəli qiyamət qalası” İNŞA EDİLİR

Virciniya ştatında nüvə müharibəsi zamanı zənginlər üçün lüks mənzillər, restoranlar və hovuzu olan yeraltı bunker tikiləcək. 

 

Sfera.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

 

Söhbət dünyanın ən zəngin 625 adamı üçün “dəbdəbəli qiyamət qalası”ndan gedir. 300 milyon dollar dəyərində olan kompleksin sakinləri üzgüçülük hovuzları və məftunedici “suitlər”lə yanaşı, süni intellektə əsaslanan qabaqcıl səhiyyə sistemindən yararlanmaq imkanı əldə edəcəklər. 

 

Məqalədə deyilir ki, 2026-cı ildə başa çatdırılması gözlənilən tikinti planları SAFE tərəfindən açıqlanıb. 

 

İddia edilir ki, Aerie (Qartal yuvası) adlanan bunker müştərilərdən adambaşına 20 milyon dollar xərc tələb etsə də, Yer kürəsində baş verə biləcək fəlakət zamanı sağ qalmaq şansı da təqdim edəcək.

 

Layihənin müəllifləri iddia edirlər ki, bu yer heç də qlobal gərginlikdən və Üçüncü Dünya müharibəsi qorxusundan ilhamlanmayıb. 

 

Qəzet xatırladıb ki, “Qartal yuvası” dünyanın super varlı insanlarının tikdiyi yeganə sığınacaq deyil.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...