Psixoloq qorxu evləri barədə: "Hansısa psixoloji və fiziki şiddət..."

Psixoloq qorxu evləri barədə: "Hansısa psixoloji və fiziki şiddət..."

Son zamanlar gənclərin əylənmək üçün üz tutduğu yerlərdən biri də qorxu evləridir. Ötən gün də tragikomik bir hadisə baş verib. Belə ki, qızlar Bakıda fəaliyyət göstərən qorxu evlərinin birində döyülüblər. “Orada aktyorlar tərəfindən çox pis döyüldük. Bədənimiz pis vəziyyətdədir. Kürəyimizdə zəncirin izləri qalıb. Belə olan halda şikayət edə bilərik?”, -  iştirakçı deyib.

 

Bu konteksdə maraqlıdır, qorxu evlərini əyləncə növü kimi seçmək hansısa psixoloji fəsadlara gətirib çıxara bilərmi? Bu cür əyləncə istəyi nədən irəli gəlir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov deyib ki, qorxu həyəcan yaratdığı üçün insanın həm də marağına səbəb olur:

“Emosional halın qeyri-adekvat dəyişməsi insan psixologiyasına mənfi avtomatik düşüncələr yarada bilər. Reallıq olmasa belə, reallığı imitasiya etmiş olur. Qorxu anlayışı ölümlə assosiasiya olunduğu üçün hansısa mənfi psixoloji halın müşahidəsi yaranır. Psixoloji nizamsızlıq yaranan şəxslərin nitqində və davranışında fərqlilik aydın formada özünü büruzə verir. İnsanın psixikası qorxudan, səni başqa sənlə tanış edə bilər. Həyəcan yaşadığımız anları faciə ilə əvəzləmək olmaz. İnsanlar hər zaman həyəcan axtarışındadırlar. Amma həyəcanlarını harda axtarmalı olduqlarını bilmirlər. Həyəcan zövqə uyğunlaşmalıdır”.

 

Müsahibimiz qeyd etdi ki, qorxu evləri və digər buna bənzər əyləncə mərkəzlərində yaş kateqoriyası qoyulmalıdır:

 

“”Kimlər iştirak edə bilməz” siyahısı mətn olaraq hazırlanıb iştirak etmək istəyənlərə təqdim edilməlidir. Əylənmək üçün müraciət edənlər əvvəlcədən baş verəcəklər haqqında məlumatlandırılmalıdırlar. Hansısa psixoloji və fiziki şiddət əyləncə növü ola bilməz. Adını əyləncə qoyduğumuz anlayışlar bəzən travma olaraq şəxsin psixoloji tarixinə çevrilir. Nizamsız nitq və davranış müşahidə edildiyi halda isə, psixi sağlamlıq mütəxəssisinə müraciət etmək tövsiyə olunur”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...