Gənclər və idman komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib

Gənclər və idman komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib

Yanvarın 24-də Milli Məclisin Gənclər və idman komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. 

 

Sfera.az xəbər verir ki, clası açan komitə sədri Şahin İsmayılov sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib, fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

 

Şahin İsmayılov diqqətə çatdırıb ki, bugünkü iclasın gündəliyinə iki məsələ - komitənin 2024-cü ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı və komitənin 2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsi daxil edilib.

 

Komitənin ötən sessiyada gördüyü işlər barədə hesabatı ilə bağlı məlumat verilərkən bildirilib ki, hesabat dövründə Gənclər və idman komitəsinin 6  iclası keçirilərək, 7  məsələyə baxılıb. Diqqətə çatdırılıb ki, ötən payız sessiyası dövründə komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olan müraciətlərə baxılaraq, müvafiq tədbirlər görülüb. Komitə sədri komitə üzvlərinin ictimai dinləmələrdə və digər tədbirlərdə fəal iştirakından danışıb. Qeyd olunub ki, hesabat dövründə komitə üzvləri seçicilərlə, cəmiyyətin həssas qrupları, şəhid ailələri və qazilərlə, yarışlarda uğur qazanmış idmançılarla görüşüblər, onların qayğıları ilə maraqlanıblar, sosial şəbəkələrdə, mediada günün aktual məsələləri ilə əlaqədar mövqelərini bildiriblər.

 

Gənclər və idman komitəsinin 2024-cü ilin yaz sessiyası üçün iş planı ilə bağlı məlumat verilib ki, sənəddə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin müzakirəsi, gənclərin və idmanın aktual məsələləri ilə bağlı dinləmələrin, görüşlərin keçirilməsi və  digər tədbirlər nəzərdə tutulub.

 

Sonra komitə üzvləri Ramil Həsən, Asif Əsgərov, Mircəlil Qasımlı, Göydəniz Qəhrəmanov, Müşfiq Cəfərov, Mahir Süleymanlı çıxış ediblər, müzakirə olunan məsələlərlə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.

 

Müzakirələrin sonunda komitənin 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, komitənin 2025-ci ilin yaz sessiyası üçün iş planı təsdiq edilib.

 

İclasda Gənclər və idman komitəsi sədrinin müavini  Könül Nurullayeva, deputatlar Ülvi Quliyev, Eyvaz Qurbanov və digər rəsmi şəxslər iştirak ediblər.

 


OXŞAR XƏBƏRLƏR

Sürücü sükan arxasında yuxuladı: qəza baş verdi - VİDEO

İyulun 28-də saat 14:44 radələrində Bakı-Qazax magistral yolunun 380-ci kilometrliyində sürücünün sükan arxasında yuxulaması səbəbindən yol-nəqliyyat hadisəsi q...

Hava bu insanlar üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ

Sabah meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti müşahidə olunacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verili...

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

Sabah Bakıda İsrail və Suriya rəsmilərinin görüşü keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə diplomatik mənbələrdən məlumat verilib.  ...

Axtarışda olan kişi Azərbaycana gətirildi

Gürcüstanın Baş Prokurorluğu tərəfindən Azərbaycan vətəndaşı Süleymanov Elnur Qüdrət oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.   Bu barədə ...

"Qarabağ" və "Şelburn" komandalarının start heyətləri

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda "Qarabağ"la İrlandiyanın "Şelburn" komandası arasında keçiriləcək cavab oyunu üçün...

Üzərlik bu ölkələrdə qadağan imiş, tərkibində “psixoaktiv” maddə var

Son zamanlar bəzi ölkələrin hüquq mühafizə orqanları tərəfindən üzərlik (Peganum harmala) bitkisi ilə sərhədi keçməyə cəhd edən şəxslərin saxlanılması halları a...