"Bu, Putin üçün asan məsələ deyil, nüfuzu sarsıla bilər..." - ŞƏRH

"Bu, Putin üçün asan məsələ deyil, nüfuzu sarsıla bilər..." - ŞƏRH

Sosial mediada Rusiyanın Ryazan şəhərində dron hücumundan sonra neft emalı zavodunun yanması ilə bağlı kadrlar yayımlanıb. Ümumiyyətlə, gecə saatlarında “Rosneft”ə məxsus, ildə 17-18 milyon ton emal gücünə malik Ryazan neftayırma zavodu,  Ryazan İstilik Elektrik Stansiyası və  Bryanskda yerləşən, Rusiya hərbi sənayesi üçün mikroelektronika istehsal edən “Kremniy El” müəssisəsinə hücumlar edilib.

 

Bundan sonra hadisələr necə cərəyan edə bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Şahin Cəfərli deyib ki, ümumiyyətlə Rusiya Trampın hədələrini çox da ciddiyə almır və ondan masada real təkliflər gözləyir. Onun sözlərinə görə, bununla bağlı “The Wall Street Journal”da məlumat qeyd olunub.

 

“Şübhəsiz ki, Trampın tələbi ilə dərhal masaya əyləşib, atəşkəs imzalamaq Putin üçün asan məsələ deyil. Bu, onun ölkə daxilindəki, eləcə də beynəlxalq aləmdə, xüsusən “Qlobal Cənub” deyilən ölkələr qrupu içərisindəki nüfuzunu sarsıda bilər. Amma digər tərəfdən, Rusiya masada konstruktivlik göstərməsə və məlum sərsəm tələblərində israrlı olsa, ABŞ tərəfinin bunları qəbul etməsi də mümkün ehtimal deyil. Bu halda Trampın beyni “çönə bilər””.

 

Ekspert bildirdi ki, “Bloomberg” agentliyinə görə, Trampın komandası Ukraynaya təhlükəsizlik qarantiyası verilməsinin vacibliyini qəbul edir:

 

“Söhbət  Budapeşt Memorandumu kimi içiboş “təminat”dan yox, Rusiyanı yeni hücumlardan tam çəkindirəcək və Ukraynanın bərpasına, inkişafına şərait yaradacaq real təminatdan gedir. Bu, Ukrayna üçün yaxşı xəbərdir”.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Hava bu insanlar üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ

Sabah meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti müşahidə olunacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verili...

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

Sabah Bakıda İsrail və Suriya rəsmilərinin görüşü keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə diplomatik mənbələrdən məlumat verilib.  ...

Axtarışda olan kişi Azərbaycana gətirildi

Gürcüstanın Baş Prokurorluğu tərəfindən Azərbaycan vətəndaşı Süleymanov Elnur Qüdrət oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.   Bu barədə ...

"Qarabağ" və "Şelburn" komandalarının start heyətləri

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda "Qarabağ"la İrlandiyanın "Şelburn" komandası arasında keçiriləcək cavab oyunu üçün...

Üzərlik bu ölkələrdə qadağan imiş, tərkibində “psixoaktiv” maddə var

Son zamanlar bəzi ölkələrin hüquq mühafizə orqanları tərəfindən üzərlik (Peganum harmala) bitkisi ilə sərhədi keçməyə cəhd edən şəxslərin saxlanılması halları a...

Bu şəxslərin pensiya ödənişi DAYANDIRILACAQ - Qonşu ölkədə...

Rusiyada pensiya ödənişlərinin müvəqqəti və ya tamamilə dayandırılması hallarına dair yeni xəbərdarlıq edilib.   Qaydalara əsasən, bu, 400-FZ saylı Q...