Macarıstan veto hüququndan istifadə edə bilər - Orban şərtlərini AÇIQLADI

Macarıstan veto hüququndan istifadə edə bilər - Orban şərtlərini AÇIQLADI

Macarıstanın Baş naziri Viktor Orban Rusiyaya qarşı sanksiyaların uzadılması şərtlərini açıqlayıb.

 

Sfera.az bildirir ki, o, bu barədə “Kossuth” radiostansiyasının səhər proqramında danışıb. Orban qeyd edib ki,  Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının uzadılması Ukraynanın enerji resurslarının tranziti ilə bağlı bir sıra şərtləri yerinə yetirməsindən asılıdır.

 

“Əgər Ukrayna Rusiyaya qarşı sanksiyalar da daxil olmaqla yardım almaq istəyirsə, o zaman qaz tranzitini bərpa etməli, “Türk axını” qaz kəmərinə hücumları dayandırmalı və Rusiya neftinin öz ərazisindən tranzitinə qadağalar qoymamalıdır”, deyə Viktor Orban bildirib. 

 

O vurğulayıb ki, bu şərtlər yerinə yetirilmədən, bir həftə ərzində qərar verilməli olan sanksiyalar uzadılmayacaq.

 

Qeyd edək ki, Ukraynanın tranzitini dayandırmasından sonra Macarıstan Rusiya qazını almaq imkanını itirmiş Avropa ölkələrindən birinə çevrilib. Aİ hazırda Rusiyaya qarşı yeni məhdudiyyətlərin tətbiqi ilə bağlı razılığa gəlməyə çalışsa da, Macarıstan veto hüququndan istifadə edə bilər.

 

Günay  


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...