"Nüvə gücləri arasında toqquşma riski artır" - Sergey Şoyqu

"Nüvə gücləri arasında toqquşma riski artır" - Sergey Şoyqu

Beynəlxalq arenada böyük dövlətlər arasında geosiyasi rəqabət güclənir və nüvə gücləri arasında şiddətli toqquşma riskləri artır. 

 

Sfera.az xəbər verir ki, bu barədə “TASS”a müsahibəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

 

"Dünyada artan münaqişə və geosiyasi rəqabətin güclənməsi fonunda nüvə güclərinin iştirakı da daxil olmaqla, böyük dövlətlər arasında şiddətli toqquşma riskləri artır. Qərb ölkələri Rusiya və Belarusa qarşı ideoloji və dəyərə əsaslanan təcavüzə əl atıb və təkcə iqtisadi sanksiyaların köməyi ilə deyil, həm də bu ölkələrdə daxili siyasi sabitliyi pozmağa çalışırlar”, - Şoyqu qeyd edib.

 

Onun sözlərinə görə, daxili vəziyyəti sabitsizləşdirmək, sosial əsasları sarsıtmaq və yad neoliberal ideologiyanı tətbiq etmək cəhdləri dayanmır.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...